Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Pərpətöyün qovurması
hazırlanma qaydasını təqdim edəcəyik.
ƏRZAQLAR:
§ Pərpətöyün – 130 qr § Soğan – 26 qr
§ Yağ – 30 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ qatıq – 50 qr, sarımsaq – 2 qr
HAZIRLANMASI:
Pərpətöyün yuyulur, doğranır. Azacıq pörtlədilib süzülür. Bir baş soğan yağda qızardılır, pörtlənmiş göyərtilər əlavə edilir və qovrulur. Sarımsaqlı qatıqla süfrəyə verilir.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(23.05.2024)