“İrəvan mətbəxindən nümunələr” layihəsində Toyuq ətindən küftə

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Toyuq ətindən küftənin 

hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR (nüsxə):

§ Toyuq filesi – 130 qr

§ Kartof – 125 qr

§ Düyü – 22 qr

§ Yumurta – 40 qr

§ Soğan – 17 qr

§ Un – 22 qr

§ Albuxara – 11 qr

§ Alça qurusu – 11 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

   § keşniş – 10 qr

 

HAZIRLANMASI:

Toyuğun döş əti yuyulur, doğranır. Xırda doğranılmış soğan, bişirilmiş kartof, düyü, yumurta, un ətlə qarışdırılır. Hazırlanmış ət kütləsindən küftələr düzəldilir, içərisinə albuxara və ya alça qurusu qoyulur, hinduş- kanın işgənəsində bişirilir. Süfrəyə veriləndə üzərinə keşniş səpilir.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.