Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”
Hər insanın, hər millətin xoş xatirələrlə, qəhrəmanlıqları ilə andığı insanlar olur və onların xatirəsini uca və əziz tutulması üçün filmlər çəkilir. Azərbaycanda da belə qəhrəmanlar az deyil. Onlardan biri də Sovet rejiminin bizə düşmən kimi tanıtdığı, çar işğalına qarşı qəhərmancasına vuruşan Gəncə xanı Cavad xandır.
2008-ci ildə Sabir Rüstəmxanlının “ölüm zirvəsi” romanının motivləri əsasında, Rövşən Almuradlının rejissorluğu ilə “Cavad xan” filmi çəkilir. Filmin janrı dram və müharibə üzərindədir. Qacar xanədanından olan bu böyük Azərbaycan sərkərdəsi, İran dövlətinin ordu sərdarı, Gəncə xanlığının sonuncu hökmdarı olub. Gəncənin müdafiəsi üçün apardığı əzmkar mübarizə bu gün də xatırlanmaqdadır. Cavad xan yanvar ayının 3-ündən 4-ünə keçən gecə Gəncənin düşmən əlinə keçməməsi üçün Pavel Sisianova qarşı apardığı mübarizə zamanı qaldığı mühasirədə qəhrəmancasına şəhid olmuşdur.
Bi film barədə vaxtı ilə çox söz-söhbət oldu. Filmin alınmadığını deyənlər də tapıldı. Amma tarixi film çəkməyin necə çətin olduğunu, üstəlik bu işi az büdcə ilə çəkməyin necə məşəqqət olmasını kim bilmir ki? Mərhum Rövşən Almuradlı bu filmə ürəyini qoydu, bunu gəlin unutmayaq.
Tariximizə nəzər saldıqda var olma mücadiləsi verən qəhrəmanlarımız çoxdur və millət olaraq torpağımızı bayrağımızı müdafiə edən hər bir döyüşçü, hər bir komandir hər birimizin yaddaşında əbədi olaraq qalır və qalacaqdır. Necə deyərlər: “keçmişini bilməyən gələcəyini qura bilməz”.
Polad Həşimov, Mübariz İbrahimov, Cavad Xan və bu torpağın, bu millətin var olması üçün sinəsini düşmən mərmisinə sipər edən əziz ŞƏHİDLƏRİMİZ hər daim xatırlanacaqsınız və bu millət qəhrəmanlıqlarınızı qiyamət gününə qədər unutmuyacaqdır.
RUHUNUZ ŞAD OLSUN!!!
“Ədəbiyyat və İncəsənət”
(13.02.2025)