MİLLİ KİNOMUZ – Vəhşiliyin başlanğıcı - “Xoca”

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

“Xeyirlə şər qardaşdır”  deyirlər. Lakin bu gün haqqında danışacağım hadisələr şərdən çox vəhşilik, vandalizm və düşmənçiliklə bağlıdır. 

2012-ci ildə rejissor Vahid Mustafayevin ekran əsəri olan  “Xoca”  filmi çəkildi. Film 1992-ci il fevralın 26-da baş vermiş Xocakl qətliamı barədədir.

  

Hər şey yaxşı gedirdi, ta ki ermənilərinn Xocalıda törədəcəyi vəhşiliyə qədər. Tam da o ərəfələrdə  Xocalıdan olan iki gəncin - Ayaz və Günelin toy hazırlıqları gedirdi. Əslində döyüş yoldaşları Ayazı toya göndərmək üçün təkid etdilər. Ancaq Ayaz onları və kənd sakinlərini öz qədərinə tərk etmək yerinə son ana qədər döyüşməyi, nəsibində varsa da şəhid olmağı seçdi. Əslində bu xüsusiyyət istər qocamızda, istərsə də cavanımızda var. Bu millətin heç bir fərdi yaxınlarını, dostlarını yalnız buraxmayıb və buraxmayacaqdır. Qəhrəman azərbaycanlılardan danışıb da,  qorxaq,  gücü yalnız əliyalın sivil insanlara çatan ermənilərdən danışmamaq olmazdı. Ta birinci Qarabağ müharibəsi başlayan gündən gücü yalnız silahsız, köməksiz insanlara hücum etməyə çatan bu  Qafqazın üzqaraları elə ki ordumuz qarşılarına çıxır, başlayırlar atəşkəs üçün yalvarmağa. Güclərini toplayanda isə yenə həmin şey olur. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında da ənənələrinə sadiq qalan bu məxluqlar bu səfər qartalın pənçəsindən qurtulmağa macal tapa bilmədilər. “Dəmir Yumruq”  sadəcə ermənilərin yox, onların havadarlarınında başına gürz kimi dəydi. 

Bu ordu qisasını qiyamət gününə qoymaz. Hər kəs bunu ya gözəlliklə,  ya da  “Dəmir Yumruq”  ağzının üstünə dəydikdən sonra anlayacaq.

 TANRI TÜRKƏ YAR OLSUN!!!

 

“Ədəbiyyat və İncəsənət”

 (05.02.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.