KİNOBƏLƏDÇİdə - Qisas və sevginin vəhdəti: “Om Şanti Om” Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

“Om Şanti Om” filmi Hindistan istehsalıdır,  2007-ci ildə  rejissor Fərəh Xan tərəfindən çəkilib. 

Hər gəncin bir xəyalı, bir düşüncəsi olur. Haqqında bəhs edəcəyim qəhrəmanımız Om Prakaş da özünü gələcəyin aktyorlarından biri olaraq görür. Rejissorlar isə ona çox vaxt çox sözü olmayan bəsit rollar verir. Lakin Om bununla razılaşmır və soyadının onu irəli aparmayacağını düşünür. O, anasını gələcəyin məşhur aktyorlarından biri olacağına inandırır. 

Om məşhur gənc aktrisa Şanti Priyaya aşiq olur. Film çəkilişlərinin birində Om Şantini yanğından xilas edir. Buna cavab olaraq Şanti Oma təşəkkür yeməyi söz verir. Om özlüyündə bu işin daha ciddi münasibətə çevriləcəyini düşünür. Ancaq Şantinin məhşur prodüser Mukeş Mehranla evli olduğundan xəbərsizdir. Hətta Şanti və Mukeş evli olduqlarını belə gizlədir. 

İş ondadır ki, Şanti Mukeşi sevir. Lakin qarşı tərəfin hissləri və düşüncələri fərqlidir. Mukeş Şantini yeni filmin çəkilişi üçün dekorasiyaların olduğu evə dəvət edir. Şanti yoldaşına övladları olacağı müjdəsini verir. Lakin həmin axşam faciə yaşanır. Mukeş dekorasiyalarla dolu pavilyonu yandırır və Şantini ordan qoyaraq qapını bağlayır. Bütün bunlara Om da şahid olur. O, Şantini yanğından xilas etməyə çalışsa da bunu bacarmır və Mukeşin adamları onu da orda öldürürlər. 

Sən demə…

Hindistan kino fantaziyası öz işini görür. Hadisələrdən 30 il sonra Om məhşur aktyor Rac Kapurun oğlu Om Kapur ampluasında üzə çıxıb yaşamına davam edir. Om Kapur hər nə qədər aktyor olaraq yaşamına davam etsə belə qisas almaq üçün Şantinin yandırıldığı dekorasiyalar pavilyonunun yenidən təmir edilməsini istəyir və həmin böyük gün gəlib çatır. Om bir filmin çəkilməsi bəhanəsi ilə Mukeşi pavilyona dəvət edir və orada 30 il əvvəl baş verənləri onun üzünə vurur və Mukeşi öldürür. 

Yadda saxlayın, heç kimin ahı heç kimdə qalmaz və heç kim yaşatdığını yaşamadan bu dünyadan köçməz.

 

“Ədəbiyyat və İncəsənət” 

(03.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.