MİLLİ KİNOMUZ - Film tariximizin dönüm nöqtəsi - “Nəsimi” Featured

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

İnsan həyatında dönüm nöqtəsi, başlanğıc adlandırdığımız hadisələr baş verir. Ətrafa və tariximizə nəzər saldıqda görürük ki,  sadəcə həyatımızda,  tariximizdə deyil, kinomuzda da dönüm nöqtələri az deyil.  

 

Bunlardan biri  də “Nəsimi” filmidir.

Film 1972-ci ildə İsa Hüseynovun  “Məhşər” romanı üzərində Həsən Seyidbəylinin rejissorluğu ilə çəkilib. Baş rolda isə  məhşur aktyor, xalq artisti Rasim Balayev yer alıb. 

1960-70-ci illər aralığında çəkilən Azərbaycan filmlərində dekorasiyadan geniş istifadə olunduğu halda “Nəsimi” filmi film tariximizdə dekorasiyadan istifadə olunmayan və hər şeyin təbii olduğu film kimi yer alıb. 

Nəsimi, hürufiliyin banisi, həm də öz müəllimi olan Fəzlullah Nəimidən dərs almışdır. Nəimi öldükdən sonra belə o yolundan dönməmiş, hürufiliyin daha geniş şəkildə yayılması üçün çaba göstərmişdir. Buna görə də o, dəfələrlə zindanlara atılmışdır. Son olaraq Misir sultanının fətvası ilə “kafir”, “dinsiz” damğası vurularaq edam edilmişdir. Özəlliklə, Nəsimi və şeyxin qızı olan Şəms arasında yaşananlar izləyicilərin yaddaşında xüsusi yer tutub. 

-Məni vəsf et, şair, 

-Vəsf zamanı deyil, afət

-Ölümə gedirəm, yalvarıram.

-Səni bu hüsnü-camal ilə, bu kamal ilə görüb. Qorxdular həqq deməyə, döndülər insan dedilər. 

 

Nəsimin başına gələnlərdən belə aydın olur ki, insan nəyi çox istəyirsə, nəyə daha çox meyl göstərirsə, onu ondan məhrum etmək üçün hər kəs bildiyini edir. İrəli getməməsi üçün hər yola əl atılır. Boşuna deyilməyib ki,  “çox istəyən yox, bədəlini ödəyən alar”. 

Bu həyatda nəsə əldə etmək istəyirsə, insan bəzi şeylərdən, hətta  canından belə  keçməli olduğunu bilməlidir.

 

“Ədəbiyyat və İncəsət” 

(24.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.