“Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekrana çıxır Featured

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr edilmiş “Nizami: daxili aləm” sənədli filmi ilk dəfə televiziyada nümayiş olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyində istinadən xəbər verir ki, nazirliyin və Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə lentə alınan ekran əsəri yanvarın 25-də saat 23:00-da AnewZ Televiziyasında təqdim ediləcək.

 

Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvi yaradıcılığının əbədiləşdirilməsi və beynəlxalq səviyyədə daha geniş təbliğinə töhfə vermək məqsədilə sifariş edilən film beynəlxalq auditoriya üçün nəzərdə tutulub.

 

İngilis dilində lentə alınan sənədli filmdə görkəmli tarixçilər, ədəbiyyat və mədəniyyət xadimlərinin böyük şairin zəngin yaradıcılığı haqqında fikirləri yer alıb.

 

Ekran işinin ssenari müəllifi Kristina Lin Morelli, rejissoru və prodüseri Atakan Kerküklü, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru Bahəddin Dastandır.

 

“Ədəbiyyat və incəsənət”

(17.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.