Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyənlər, lakin ssenari yazılışı texnikasına bələd olmayanlar "Ssenaristin əlifbası" ibtidai intensiv təlimə qoşula bilərlər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb. Məlumatda bildirilir ki, təlimin mentoru, rejissor və prodüser Oleq Səfərəliyevdir.
Təlim, yanvarın 18, 19, 25 və 26-da AKİ-nin Bülbül prospekti 30 ünvanında yerləşən ofisində keçiriləcək.
İştirak etmək istəyənlər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. email ünvanına "Ssenaristin əlifbası" başlığı altında müraciət edə bilərlər.
Təlimdə iştirak ödənişsizdir.
“Ədəbiyyat və incəsənət”
(14.01.2025)