Xəbər verdiyimiz Rusiyada Bolşoy Teatrın 250 illik yibileyi böyük təntənə ilə qeyd olunacaq.
Rusiya KİV-i xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə Bolşoy Teatrın 250 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb.
Bu sənədə əsasən, 2022-2026-cı illərdə Rusiya Dövlət Akademik Bolşoy Teatrının 250 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi qərara alınıb.
Qeyd edək ki, teatrın əsası 1776-cı ildə qoyulub. Sənət ocağı imperatriça II Yekaterinanın göstərişi əsasında yaradılıb. 1918-ci ildən teatra akademik statusu verilib.
2020-ci ilin martında koronavirus pandemiyasının yaratdığı karantin fonunda Bolşoy Teatrın rəsmi yutub kanalında “qızıl fond”da saxlanılan tamaşaların onlayn yayımına başlanılıb.