Günün fotosu: Ukraynalılar iki koreyalını əsir götürdülər
Ukrayna silahlı üvvələri ilk dəfə Kursk vilayətində KXDR-in iki hərbçisini əsir götürdü. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, yaralanan Şimali Koreya əsgərlərinə yardım göstərilib, onlar Kiyevə çatdırılıblar. Onlardan biri xüsusi əməliyyat qüvvələrinin döyüşçüləri, digəri isə Ukrayna paraşütçüləri tərəfindən əsir götürülüb.
"Bunu etmək asan deyildi, çünki ümumiyyətlə ruslar və Şimali Koreyadan olan digər hərbçilər yaralılarını bitirir və KXDR-in Ukraynaya qarşı müharibədə iştirakına dair sübutların qalmaması üçün hər şeyi edirlər" - belə yazıb Zelenski.
Foto: AP
“Ədəbiyyat və incəsənət”
(13.01.2025)