Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 9 iyun tarixində saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 05 iyun 2023-cü il tarixinə qədər nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(31.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.