Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 16-da saat 10:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində (Sumqayıt şəhəri, Zülfü Hacıyev 53) Sumqayıt, Şuşa şəhərlərindən və Abşeron, Xızı, Zəngilan, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, vətəndaşlar dekabrın 11-dək nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)