Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 29 noyabr tarixində saat 10:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində (Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax və Mingəçevir şəhərlərindən, eləcə də Bərdə və Tərtər rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Vətəndaşlar 25 noyabr 2022-ci il tarixinə qədər nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.