Orxan Fikrətoğlunun gəlişindən sonra xeyli canlanan Azərbaycan Milli Kulinariya Mərkəzi küçə yeməyi - “streetfood” üzrə müsabiqə elan edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə Azərbaycanda “streetfood” ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəminində müasir, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.
Küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.
Məsələn, yuxa içində müxtəlif ətlər, ayran və dovğa içkiləri, limon şərbəti bu qəbildən olan qida və içkilərdir.
Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.
Əlavə məlumat əldə etmək üçün This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına müraciət etmək olar.