Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin mart ayının 11-də saat 11:00-da Astara rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik və Astara rayolarından olan vətəndaşların qəbulu keçiriləcək.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Vətəndaşlar nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə 9 mart 2022-ci tarixinə qədər qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri tövsiyə olunur.
№
Şəhər (rayon)
Əlaqələndirici şəxs
Əlaqə telefonu
1
Lənkəran
Kəkəyev Anar Nəriman oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, məsləhətçi)
(050) 243 68 43
(025) 255 43 21
2
Lerik
Dənziyev Müqəddəs Nağdəli oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, baş məsləhətçi)
(050) 682 32 69
(070) 282 32 69
(025) 274 62 09
3
Astara
Bayramov Şadoğlan Xanoğlan oğlu
(Lənkəran Regional Mədəniyyət İdarəsi, baş məsləhətçi)
(050) 324 24 10
(077) 324 24 10
(025) 225 31 40