Bu gün Xalq yazıçısı Anarın 87-ci doğum günüdür Featured

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 

 

Bu gün Azərbaycan Respublikasının xalq yazıçısı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Ağ liman”, “Dantenin yubileyi”, “Sizsiz”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon” kimi əsərlərlə Azərbaycan ədəbiyyatının qızıl fondunu zənginləşdirən, minlərlə oxucunun sevimlisi olan Anarın – Anar Rzayev doğum günüdür.

 

O, 14 mart 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvləri, Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin övladıdır. 

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilmişdir.

 

Povestləri

1. Ağ liman (1965)

2. Dantenin yubileyi

3. Macal

4. Dədə Qorqud

5. Əlaqə

6. Ömür yolu.

7. Otel otağı

 

Romanları

1. Beşmərtəbəli evin altıncı mərtəbəsi

2. Kərəm kimi (sənədli roman)

3. Söz dünyası (5 cilddə)

4. Sizsiz (sənədli roman)

 

Hekayələr və pyesləri

Sənin nəğmən yaxşıdır (pyes), Keçən ilin son gecəsi, Bayram həsrətində, Asqılıqda işləyən qadının söhbəti, Sabah ayıq olacayıq, Yağışlı gecə, Taksi və vaxt, Vahimə, Əlifba, Yaxşı padşahın nağılı, Yağış kəsdi, Otel otağı, O gecənin səhəri, Mütləq görüşərik, Qırmızı "Limuzin", Gürcü familyası, Sizi deyib gəlmişəm, Şəhərin yay günləri, Mən, sən, o və telefon, Muhakkak görüşürüz — mütləq, görüşərik, Ağ qoç, Qara qoç, Səhra yuxuları, Yaşamaq haqqı, Unudulmaz görüşlər, Qaragilə, Ləyaqət, Təhminənin son sirri.

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar incəsənət xadimi

2. Azərbaycan SSR Dövlət mükafatı

3. Azərbaycan Respublikasının Xalq yazıçısı

4. "İstiqlal" ordeni

5. "Şöhrət" ordeni

6. "Şərəf" ordeni

7. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd—11 iyun 2002

8. "Heydər Əliyev Mükafatı"

9. "Humay" mükafatı

10. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

11. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) "Şərəf" medalı

12. "Üzeyir Hacıbəyli" medalı

13. "Nizami Gəncəvinin 880 illiyi (1141–2021)" xatirə nişanı

14. "Əmək" ordeni

15. "Dostluq" ordeni (2023)

16. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

 

Allah xeyirli ömür nəsib etsin!

Amin!

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.