İsrail mətbuatında Azərbaycana aid məqalə dərc olunub

İsraildə fəaliyyət göstərən “R-A-G Esegim – Gurevich Communications” şirkətinin rəhbəri, tanınmış jurnalist və  politoloq Roman Qureviçin İsrailin “Yerusəlim post” və “9TV” xəbər saytlarında “Yəhudilərin, İsrailin dünya xalqları ailəsində həqiqi dostları varmı?” başlıqlı məqaləsi işıq üzü görüb.

 

 

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məqalədə İsrailin beynəlxalq ictimaiyyətdə həqiqi müttəfiqlərinin olub-olmaması müzakirə edilib, həmçinin qlobal antisemitizmin artması, beynəlxalq təşkilatların “mənəvi uğursuzluqları” ilə bağlı narahatlıqlar qələmə alınıb.

 

Müəllif bu tendensiyaları Azərbaycan İsrail əlaqələri ilə müqayisə edərək, ölkəmizdə yəhudilərə göstərilən tolerant münasibəti ön plana çəkib. İsrailə qarşı getdikcə artan düşmənçilik fonunda, Azərbaycanın etibarlı müttəfiq olduğunu qeyd edib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

 

https://www.jpost.com/opinion/article-840411

 

https://www.9tv.co.il/item/85407

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(05.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.