Ermənistan 1-ci prezidenti Levon Ter-Petrosyanın tarixi etirafı Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” poprtalının Qarabağ təmsilçisi

 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın çıxışı azərbaycanlılara qarşı məqsədyönlü etnik təmizləmənin etirafıdır. O, 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının yaşadığını (əslində 250 min) və onların qovulmasının erməni milli hərəkatının planlaşdırılmış siyasəti olduğunu bildirib.

 

Azərbaycanlılar Zəngəzur, Göyçə (Vardenis), Zəngibasar (Masis) və Amasya kimi bölgələrdə əksəriyyət təşkil edirdi. Ter-Petrosyan açıq şəkildə etiraf edir ki, onların köçürülməsi ermənilərin ərazi iddialarını həyata keçirmək və strateji üstünlük əldə etmək üçün zəruri hesab edilib. Bu, zorla deportasiya, qətliam və mədəni irsin məhv edilməsi ilə müşayiət olunmuş bir soyqırım siyasəti idi.

Bu açıqlama, Ermənistanın tarixində azərbaycanlılara qarşı törədilən cinayətlərin sübutudur.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistan dövlətinin və xalqının işğalçı mahiyyətinin bir daha təsdiqidir.

Ter-Petrosyan çıxışı ilə həm ölkəsini, həm də özünü ifşa etdi. O, açıq şəkildə etiraf etdi ki, azərbaycanlıları zorla öz torpaqlarından deportasiya ediblər.

 

Keçmiş Ermənistan prezidentinin qeyd etdiyi bir neçə məqam xüsusi olaraq diqqət çəkir: Üç rayonda - Vardanes (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyada (Ağbaba) azərbaycanlıların çoxluq təşkil etməsi, 1988-ci ilə qədər Ermənistanda 170 min soydaşımızın yaşaması (hərçənd bu rəqəm 200 mindən çox idi) və bir də dövlət qurmaq naminə azərbaycanlıların qovulması faktları. Bütün bunlar - onların öz dillərində səsləndirdiyi fikirlər Qərbi Azərbaycan həqiqətlərinin tarixi əsaslara söykəndiyinin göstəricisidir.

Levon Ter-Petrosyan və ondan sonrakı Ermənistanın iki prezidenti Koçəryan və Sarkisyan faşist ideologiyasına xidmət edən, əlləri minlərlə azərbaycanlının qanına batmış cinəytkarlardır. Onlar törətdiyi əməllərə görə beynəlxalq hüquq çərçivəsində cavab verməlidirlər.

Lakin, beynəlxalq təşkilatların öz təsir gücünü itirməsi və böyük güclərin əlində alətə çevrilməsi səbəbindən bu kimi canilər hələ də öz cəzasını almayıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.01.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.