Mədəniyyət naziri AQEM-in Baş katibi ilə görüşüb Featured

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycanın 2024-cü ildən sədrlik etdiyi AQEM-in fəaliyyətinə verdiyi önəmi diqqətə çatdırıb.

 

Baş katib Kayrat Sarıbay Azərbaycanın AQEM sədrliyinin uğurla davam etdiyini, qurumun gələcək fəaliyyətində əhəmiyyətli rol oynadığını bildirib.

 

Söhbət zamanı üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına mühüm töhfə verə biləcəyi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikası qlobal miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi istiqamətində diqqətəlayiq işlər görür, bu sahədə bütün təşəbbüslərə dəstək verir.

 

Görüşdə mədəni irsin qorunması, təbliği, yaradıcı sənayelər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.