Azərbaycan Yaradıcı Sənayelər Federasiyası üzv qəbulu barədə elan açıqlayıb. Elanı təqdim edirik:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla dövlət qurumlarının, biznes və qeyri-kommersiya tərəfdaşlarının əlaqələndirilməsi, beynəlxalq və yerli layihələrin idarə olunması məqsədilə təsis olunmuşdur.
Bildiririk ki, Federasiya 2022-ci il ərzində müvafiq dövlət, özəl və qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır və müxtəlif layihələr, tədbirlər və digər fəaliyyətlər üçün hazırlıq və planlaşdırma işlərini həyata keçirir.
Bu məqsədlə, yaradıcılıq sənayesi və mədəniyyət biznesi (yaradıcı və mədəniyyət sənayeləri: ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları Federasiyaya qoşulmağa və “Kreativ Azərbaycan” (https://creative.az) brendi altında yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də, ölkəmizin bu sahədə tanınmasına töhfə verməyə dəvət edirik.
Federasiyaya üzv olmaq üçün tələblər:
Fərdi şəxslər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan fərdi sahibkarlar, kreativ biznes peşəkarları, yüksək yaradıcı istedada malik şəxslər və s.;
Şirkətlər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan özəl şirkətlər;
QHT-lər: yaradıcı sənayelərin azı bir sahəsində iş təcrübəsi və real fəaliyyəti olan QHT-lər, ictimai birliklər və fondlar.
Federasiyaya üzv olmaq istəyən fiziki və hüquqi şəxslərdən aşağıdakı əlaqə vasitələri ilə müraciət etmələri xahiş olunur. Təsdiq olunan müraciətçilərə üzvlük barədə bildiriş göndəriləcək.
Əlaqə:
Azərbaycan Yaradıcı Sənayelər Federasiyası
Bakı şəhəri, “Azure” Biznes Mərkəzi - 9-cu mərtəbə, 53-cü otaq
Tel: 055-206-70-88
E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.