Bu gün Qarakənd terorundan 33 il ötür Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus və göyərtəsində yüksək rütbəli dövlət xadimlərinin, millət vəkili və jurnalistlərin olduğu "Mi-8" hərbi helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu. 

 

Terror aktı nəticəsində aralarında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevin də olduğu ümumilikdə 22 nəfərdən ibarət olan sərnişin və şəxsi heyyətin hamısı həlak olub. 

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya 

çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib. 

 

Helikopter saat 14:42- radələrində Qarakənd kəndi yaxınlığında 300 metr yüksəklikdə vurulur. Baş vermiş faciə barədə İrəvan radiosu saat 16:15, Tehran radiosu 16:40-da Moskva radiosu 17:00 da xəbər yaysa da, faciə barədə xəbərin Azərbaycanın Prezident Aparatına saat 19:55 -də  çatdığı bildirilir. 

Terror aktının baş vermə səbəblərini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokrurona qarşı uçuşun düzgün idarə olunmaması və insan tələfatı maddəsi ilə cinayət işi açılır.  

Bu günə qədər cavabsız qalan suallardan biri də odur ki, niyə onları hərbi vertalyot müşayiət etmirdi, münaqişə bölgəsi olduğu halda niyə ehtiyyat tədbirləri görülməmişdi? 

Helikopterin qara qutusunu araşdırmaq üçün azərbaycanlı mütəxəssisləri yaxına buraxmırlar.  Hadisədən bir neçə gün sonra hadisənin baş vermə səbəblərini öyrənmək üçün qara qutunu Rusiyaya göndərirlər. Halbuki qara qutunu Gəncədəki helikopter zavodunda da açmaq olardı. Sonralar isə Rusiyaya göndərilən qara qutudan heç bir səs sorağ çıxmır. 

 

Bu gün həm də Ağdam rayonunun erməni işğalından azad edildiyi gündür.

Belə ki, Qarakənd terorunun 29-cu il dönümündə, yəni 2020-ci il (44 günlük müharibə dövründə) noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad edilmişdir.

Ağdam rayonu 23:07:1993- cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.