Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir

Mədəniyyət Nazirliyinin Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələrinə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı avqustun 15-də elan olunan sənəd qəbulu davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək, MYS üzrə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsil xərclərinin qarşılanması məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar ixtisaslarında aparılır.

Sənəd qəbulu cari il sentyabrın 15-dək davam edəcək.

 

Təqaüd Proqramı ilə bağlı əlavə məlumatı göstərilən link (https://culture.gov.az/az/mm/15717) vasitəsilə əldə etmək, həmçinin 012 525 11 28 (daxili: 102 və ya 103) telefon nömrəsi və e-poçt ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ) ünvanı ilə əlaqə saxlamaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.