Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (ünvan: Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, vətəndaşlar avqustun 24-dək nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(01.08.2024)