“Ədəbiyyat və incəsənət” günün lətifəsini təqdim edir. Lətifənin qəhrəmanı bir proqramçının ilk dəfə dərsə gedən oğludur.
Birinci dərs günüsür, birinci sinif şagirdlərinin ilk dərsidir. Müəllimə başa salır: - Uşaqlar siz dərsə gəlmisiz. Dərsdə sakit oturmaq lazımdır. Əgər nə isə soruşmaq istəyirsinizsə, yerinizdən soruşmayın, əlinizi qaldırın! Bir oğlan dərhal əlini qaldırır. - Nəsə soruşmaq istəyirsən? - Yox, sadəcə yoxlamaq istəyirəm, sistem necə işləyir.
“Ədəbiyyat və incəsənət”
(25.05.2023)