Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
-Cənab, deyə bilərsinizmi, niyə dağ kəndlərində insanlar uzunömürlülüklə fərqlənirlər? Bu sizin səhiyyə idarəsinin hər hansı tədbiri iləmi bağlıdır?
-Əlbəttə. Oralar çox yüksəkdir deyə bizim həkimlər gedib ora çıxa bilmirlər.
2.
Qorxu filmi üçün süjet.
XXI əsr.
Bir kişinin peysərinə xuliqanlar özü hiss etmədən ştrix-kod yapışdırırlar. Kişi kafeyə daxil olur. Orada konserv qablarını açmaqla məşğul olan süni intellekt - robot-qapaqaçan səhv olaraq onun başını burub qoparır.
3.
Hər bir kəs öz vicdanının sutyenoru ola bilər.
4.
Bəlli millət vəkilimiz bir dəfə Çinə uçur. Qəfildən ürəyi bulanmağa başlayır. Təyyarəni onun səsi bürüyür. Ay öldüm, ay ürəyim bulandı, ay kömək edin.
Bu vaxt onun yanında əyləşmiş şəxs yardım üçün söyləyir:
-Siz yuxarıdakı düyməni basın.
Bəlli millət vəkilimiz soruşur:
-Düyməni bassam nə olacaq ki?
-Necə nə olacaq, stüardessanın işığı yanacaq.
Millət vəkili qışqırır:
-Siz məni dolamısız? Mən burda ölürəm, bu mənə deyir, stüardessa üçün işıq yandır. Özü yandıra bilmir öz işığını?
5.
Erməni radiosundan soruşurlar:
Yaşlı uxajor gənc sevgilisinin tələblərini ödəyə bilməyəndə nə etsin?
Cavab:
-Ona ər tapsın.
@sərtyel
“Ədəbiyyat və incəsənət”
(27.01.2025)