Yeni ilin ilk arzusu – YATIB QALMAYIN Featured

 

 

 Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

Sizinlə 2025-ci ilin ilk görüşünə Buddanın rəvayəti ilə gəlməyim əbəs deyil. Oxuyanda özünüz səbəbini biləcəksiniz.

 

Budda birini rahib işinə götürür, deyir, sənə hər ay yüz gümüş maaş verəcəm, gündə 3 dəfə yemək-içmək verəcəm, işinsə ildə bir dəfə - filan ayın filan günündəki Ay tutulması zamanı  məbədin 202  pilləkəni ilə qalxıb, yüksəklikdə şam yandırmaqdan ibarət olacaq. 

 

Həmin şəxs işi sevincək qəbul edir, hər gün dadlı yeməklərdən yeyir, gözəl içkilərdən içir, dincəlir, gümüşlərini də üst-üstə torbasına yığır. 

Nəhayət zaman yetişir, Ay tutulur. 

Budda ibadət üçün kürsüyə qalxanda şamın yandırılmadığını görüb dəli olur, əsəbi halda təzə rahibin üzərinə gedib qışqırır ki, sən niyə şamı yandırmamısan, məsuliyyətsizlik etmisən?

Rahib də deyir: -Nə böyük iş olub? Yatıb qalmışam da. Hər gün işimi işləyəndə yaxşıyam, indi bir gün işləməyəndə pisəm? 

 

YENİ İLDƏ HAMINIZA ƏN VACİB İŞİNİZİ GÖRƏRKƏN YATIB QALMAMAĞI ARZULAYIRIQ!!!

 

“Ədəbiyyat və incəsənət”

(01.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.