Gülüş klubunda riyaziyyatçı Totu Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Erməni məsəli:

 

Səhər yeməyini özün ye.

Günorta yeməyini dostunla böl.

Axşam yeməyini düşməninə ver.

(ara, içinə də zəhər qat)

 

2.

On min kişiyə sual verilir:

-Siz yeni avtomobili seçərdiz, yoxsa ideal qadını?

Cavablar belə olur:

-40 faiz - dizel

-37 faiz- benzin

-23 faiz - elektromobil

 

3.

3-cü sinifdə oxuyan Totu evə gələndə riyaziyyat kitabını sinəsinə sıxaraq atasına sual edir:

-Ata, yəni A məntəqəsində vəziyyət o qədər pisdir ki, hamı oranı tərk edib B məntəqəsinə   gedir? 

 

4.

Gürcü Qoçadan lətifə:

 

-Gürcüstan prezidenti yeni parlament seçkiləri elan edib.

-Bəs birdən yenə müxalifət qalib gəldi?

-Deməli, yenə seçki elan ediləcək.

 

5.

Ətrafdakıları güldürməyin yeganə vasitəsi onlara həqiqəti danışmaqdır. 

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.