Koroğlu və Keçəl Həmzə Featured

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sudan quru çıxmaq xüsusən yağışlar mövsümümdə çox çətindir.

 

2.

-Xahiş edirik xətdə qalın və operatorun sizi cavablandırmasını gözləyin. Sizin zənginiz bizim üçün çox vacibdir. 

Bunu deyib xanım qız çantasını yığıb, iş otağının qapısını bağlayıb evə yollandı.

Səhər o işə gələndə ilk işi xətdə gözləyən həmin şəxsə bu sözləri demək oldu:

-Xahiş edirik xətdə qalın və operatorun sizi cavablandırmasını gözləyin. Sizin zənginiz bizim üçün çox vacibdir. 

 

3.

Evdə hər şeyi mənim əvəzimə həyat yoldaşım, işdə müdirim, ölkədə prezidentim həll edir. Mənim özümün həll etdiyim yeganə şey isə krossvorddur. 

 

4.

Arxivlər açıldı. Sən demə, Koroğlu Qıratı geri qaytaracağı təqdirdə Keçəl Həmzəyə başında tük əkdirməyi boyun olubmuş. 

 

5.

Həqiqəti deyən ya həbsxanada, ya dəlixanada, ya da məzarda olar.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.