İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Müalicəvi turizm hər bir kəs üçün günümüzdə aktualdır. Həm gəz, həm müalicə olun. Nəyi pisdir ki? Yolumuz Masallıyadır, müalicəvi turistik məkanlar burada az deyil.
Yüzillər boyu alovlanan bulaq və dağın var olduğu yanardağ ərazisi.
Tərkibində kükürd olan suya alov dəydikdə yanmağa başlayır. "Yanardağ" İstirahət Mərkəzi fəaliyyət göstərir. Siz burada termal vannalardan istifadə edə bilərsiniz.
İnsanlar ayaq ağrılarından, bir çox başqa xəstəliklərdən azad olmaq üçün bulaqdan istifadə edirlər. Yanar bulaqdan axan su müalicəvi sayılır.
İstisu Şəfa Sanatoriyası Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır.
Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)