Nail Zeyniyevin ilk şeirlərini portalımızda paylaşan kimi onun pərəstişkarları olan oxucu kütləsi formalaşdı. Sonrakı paylaşımlar artıqü bəlli auditoriya yığdı. Bu onun yeni şeiridir. Yenə də təəccübləndirməyi bacardı Nail bəy.
Boynuma yazılmış günahlar mənim,
Düşmənə qurulmuş cinahlar mənim.
Fəryadlar, nalələr, o ahlar mənim —
Çiynimin yüküdür, daşıyacağam.
Hələ qazanmamış uğur görürəm,
Qan-yaşa bulanmış cığır görürəm,
Üstünü kol basmış çuxur görürəm —
Özümün qəbrimdir, qaşıyacağam.
Kimləri basdırdım, eh, diri-diri...
Arxamca sürünür kölgədə biri.
Qırıldı qəlbimin haqq, güman yeri —
Mən elə bu dərdlə yaşayacağam.
“Ədəbiyyat və incəsənət”
(14.04.2025)