ƏN YENİ POEZİYA Cavid Qasımovun “Keçib” qəzəli ilə Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ən yeni poeziyada isti-isti, mürəkkəbi qurumamış şeirlərin təqdimatını davam etdiririk. Bu dəfə rubrikamızda gənc şair  Cavid Qasımovdur. Günümüzdə qəzəl yazmaq cəsarətinə az adam gələr. Onda ki gənc ola. Amma Cavid bu cəsarətə gəlib. 

 

Mən çəkən hicran, əzizim, çox əziyyətdən keçib,

Gah məhəbbətdən salıb yol, gah həsrətdən keçib.

 

Taleyimdən, qismətimdən də şikayətlənmirəm,

Sən özün məndən danış, Vallah xəcalətdən keçib.

 

Getməyin bir gün məni qorxutdu, bir gün gəlməyin,

Ruhumun halın əgər görsən, qiyamətdən keçib.

 

Bəllidir aşiqlərin hər bir əlamətdən sənə,

Sən bilirsən eşqdən kim , kim məhəbbətdən keçib. 

 

Cavidin viranə qalmış ömrünə girsən, soruş,

Bəxtəvər hansı cəhənnəm, hansı cənnətdən keçib ?

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.