“Narkomaniyaya YOX deyək!" mövzusunda hekayə müsabiqəsi ümidlər verir Featured

Narkomaniya bir bəladır və get-gedə daha çox adamı öz ağuşuna alır. Və onunla mübarizə hər kəsin ümdə vəzifəsi olmalıdır. O cümlədən də qələm əhlinin. 

 

Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkotik maddələrdən istifadənin ağır fəsadları barədə əhali arasında geniş maarifləndirilmənin aparılması, narkomaniya ilə mübarizənin daha da genişləndirilməsi, o cümlədən sağlam həyat tərzinin gənclər arasında təbliğ və təşviq edilməsi məqsədilə hekayə müsabiqəsi elan olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə əməkdaşlıq çərçivəsində keçirilən hekayə müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti qoyulmadan yazıçılar dəvət olunur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, seçilmiş  hekayələrin AYB-nin orqanı olan “Ulduz” jurnalında, bizim portalımızda və xüsusi olaraq hazırlanan kitabda nəşri, qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

 

Müsabiqə şərtlərini diqqətinizə çatdırırıq:

 

- Narkomaniya ilə mübarizə mövzusunda (Narkomaniya və digər zərərli vərdişlərin sağlamlığa təhlükəli təsirləri, narkomaniyanın ağır fəsadları, narkotik maddələrdən istifadənin səbəb olduğu acı nəticələr və s. istiqamətdə) hekayələrin yazılması;

- Müəlliflərin ad-soyadının, əlaqə telefonunun qeyd edilməsi;

- Hekayələrin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərilməsi.

 

Son müddət: 10 oktyabr 2024-cü il.

 

Qələm əhlini müsabiqəyə qoşulmağa, narkomaniya əleyhinə təbliğata dəvət edirik. 

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.