“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Nəzrin Məmmədlinin hekayəsi təqdim edilir.
Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Nəzrin MƏMMƏDLİ
“SƏS GƏLMİR ARTIQ BU OTAQDAN”
Sükut – bir vaxtlar qışqıran divarların son xatirəsidir…
Kəndin ən ucqar tərəfində, yolun tozlu qucağından bir az aralıda dayanmışam. Qədimi daşlarımdan süzülüb gələn yorğun bir hekayəyəm əslində. Məni ən yaxşı tanıyan isə indi məni xatırlamayan, amma həyatının, bəlkə də, ən unudulmaz xatirələrini məndə toplayan Ocaqlılar ailəsi idi.
Ocaqlılar nəslinin ən görkəmli nümayəndəsi Piri kişi mənim təməlimi öz alın təri ilə qoymuşdu. O mənim üçün kərpic kəsib, beton hazırlayanda heç ağlına da gəlməzdi ki, bir gün onun böyüdüb boya-başa çatdırdığı övladları ata ocağını heç var olmamış kimi tərk edəcəklər. Görəsən, Piri kişi bunu bilsəydi, yenə də məni ərsəyə gətirərdi? Bilmirəm, bəlkə hə, bəlkə də yox. O hələ də yatdığı məzarda elə bilir ki, mən sağam, mən yaşayıram. Ancaq daha bilmir ki, məndən heç əsər-əlamət də qalmayıb. O bilmir ki, mən artıq tərk edilmişlər siyahısındayam. Mənim pəncərələrim bir vaxtlar dünyanın ən şirin mahnılarını, ən şən gülüşlərini dinləyən qulaqlar idi. İndi isə mən yalnız küləyin pıçıltısını, qurumuş yarpaqların xışıltısını eşidirəm. Səs gəlmir artıq bu otaqdan, mənim ürəyim olan bu evdən.
Bir vaxtlar içimdə qaynayan həyat vardı. Kiçik ayaqların taxta döşəmələrimdə qaçışını, qazanların şaqqıltısını, anaların laylasını, ataların səsli-küylü söhbətlərini xatırlayıram. Divarlarım hər bayramda rəngarəng bəzəklərə bürünərdi, hər künc-bucağım sevgi ilə dolardı, pəncərələrimə hər bayramda təzə, ütülü pərdələr asardılar, sanki mənə bayram libası geyindirərdilər. Uşaqların otağında oyuncaqların səsi, gənclərin otağında musiqinin ritmi, yaşlıların otağında isə qədim nağılların pıçıltısı vardı. Mən bir evdən daha çox, bir ailənin canlı nəfəsi idim.
Amma illər keçdi, zaman adını dəyişdi, dəyərlər başqalaşdı. O canlı nəfəs getdikcə zəiflədi. Mənim qocaman pəncərələrimdən kənd yolunun da betonlaşdığını, uzaqda isə qəribə, hündür binaların, şəhərin yavaş-yavaş yüksəldiyini görürdüm. Uşaqlar böyüdülər, kəndin darıxdırıcı səssizliyindən bezib şəhərin parıltısına qaçdılar. Valideynlər gözlədilər, ümid etdilər, amma bir-bir qapılarım bağlandı, otaqlarım boşaldı.
Qonaqların toplandığı o böyük zalım da olduğu kimi qalmayıb artıq, hiss edirəm ki, o da ən az mənim qədər qocalıb. Bir vaxtlar hər qonaqlığın mərkəzi olan, rəqs səslərinin, qadınların şən qəhqəhələrinin, kişilərin gurultulu söhbətlərinin büründüyü o zal... İndi isə yalnız divarların köhnə rəsmləri, solmuş pərdələr və mərkəzdə dayanan, üzərini toz basmış böyük taxta masa. O masanın ətrafında bir vaxtlar nə qədər insan toplanardı! Toylarda, nişanlarda, bayramlarda... Hər boşqabın, hər qədəhin səsi, hər kəsin danışdığı bir hekayə vardı. Mən bu səslərin hamısını sinəmdə gəzdirirəm. Qış axşamlarında ocaqda yanan odunların çırtıltısını, üstündə bişən çörəyin qoxusunu, sobanın isti nəfəsini hələ də hiss edirəm. Pəncərəmdən baxanda, qonşu evin işıqları görünərdi, oradan gələn səs-küy mənim də bayramıma qarışardı. İndi qonşu evlər də ya boşalıb, ya da tamamilə susub. Kəndin damarları quruyur, ətrafı yavaş-yavaş böyüyən soyuq beton yığını udur.
Daha sonra isə uşaq otağı... Ah, o uşaq otağı! Divarlarında hələ də rəngli karandaşların izləri qalıb. Bir vaxtlar hər tərəfə səpələnmiş oyuncaqlar, yelləncəkdə yırğalanan ayıcıq, yerdə yuvarlanan toplar. Hər küncdən bir səs gələrdi: ya qışqıran bir sevinc, ya balaca bir küsüşmə, ya da gizlənpaç[1] oynayanların həyəcanlı pıçıltısı. Mən onların hər gülüşünü, hər göz yaşını içimə çəkmişəm. İndi isə otaq boşdur, təmizlənmiş, amma səssiz. Sanki bütün oyuncaqlar yığılıb aparılmış, hər uşaq səsi də onlarla birlikdə bu otaqdan uçub getmişdi.
O qədər yorulmuşam ki... Divarlarımın arasında gəzən hər pıçıltı, hər toxunuş artıq xatirəyə çevrilib. Bilirəm ki, bu səssizlik müasir həyatın qaçılmaz nəticəsidir. İnsanlar daha yaxşı yaşam axtarışında olanda köhnə izlərini silib atırlar. Mən isə sadəcə dururam, küləyin sovurduğu toza bürünür, yağan yağışla yuyuluram. Bəzən bir quş pəncərəmdə ötür, amma onun səsi də içimdəki böyük boşluğu doldurmur. Səs gəlmir artıq bu otaqlardan... Heç birindən…
Bu səssizlikdə mən özümü dinləyirəm. Divarlarımın hər çatında, hər qırışında qalan xatirələri. Qapımdakı cızıqlar, boyu ölçülən uşaqların böyüdüyünü göstərən izlər... Hər biri dillənir içimdə. Xatırlayıram nənənin taxta kətilin üstündə oturub nağıl danışmağını, uşaqların ağızları açıla-açıla dinləməyini. O nağılların səsi hələ də sanki havada asılı qalıb. Bəs o nənənin əlləri necə idi? Həyatın yollarında yorulmuş, amma hər zaman sevgi ilə dolu. O əllər mənim divarlarıma toxunanda, mən də hiss edirdim o istiliyi.
Bəzən içimdə elə böyük bir boşluq hiss edirəm ki, sanki o səslər heç vaxt olmayıbmış. Amma sonra… Yox. Bilirəm ki, onlar var idi. Mənim daşlarıma hopmuşdu o gülüşlər, o qışqırıqlar, o pıçıltılar. Onlar mənim ruhumdur. Sanki hər gecə ulduzlar göydə parlayanda, mən öz keçmişimlə danışıram. Hər otaq bir kitabdır, hər divar bir səhifə. Vərəqləyirəm onları, bir-bir xatırlayıram.
Yadımdadır, bir dəfə qışın ortasında, çöldə qorxunc boran varkən, içimdəki ocaq necə gurhagurla yanırdı! Odun sobası idi, çöldən odunları toplayıb atmışdılar, o da məni isidirdi; beləcə, içimdəkilər üşümürdü. Bütün ailə ocağın başına yığışmışdı. Böyüklər domino oynayır, uşaqlar nağıl oxuyur, gənclər gizli-gizli pıçıldaşırdı. Həmin istiliyi hələ də döşəmələrimdə hiss edirəm. O vaxtlar mənim pəncərələrimdən ancaq ağappaq qar görünərdi, indi isə o qar yavaş-yavaş çəkilir, yerini hündür, boz binalara verir.
Bu olanlar məni həm dirçəldir, həm də yorur. Dirçəldir, çünki xatırlayıram necə vacib bir yer olduğumu. Yorur, çünki bilirəm ki, o günlər geri dönməyəcək. Mən bir məbədəm, içində keçmişin ruhlarını yaşadan. Amma bu məbədin ziyarətçiləri yoxdur artıq. Səs gəlmir artıq bu otaqdan. Heç vaxt gəlməyəcək kimi.
O xoş günləri, ayları, illəri xatırlamaq getdikcə, daha kədərli olur. Mənim divarlarım, pəncərələrim artıq zamanın amansız gedişatına təslim olmağa başlayır. Hər çat, hər qırış sanki bir qəbul əlamətidir. Artıq gələn küləyi əvvəlki kimi qovmağa çalışmıram, qapılarımdan sızan soyuğu içimə çəkirəm. Bir vaxtlar hər tərəfimdə yanan işıqlar sönüb. Müasir dövrün səsi mənim kəndimə, mənim varlığıma meydan oxuyur. Bu səs, nəinki insanların səsini boğur, həm də təbiətin harmoniyasını pozur.
Mən dözürəm. Hər keçən gün daha da köhnəlir, daha da yalqızlaşıram. Amma bu təslimiyyət, bir növ daxili sakitlik də gətirir. Artıq gözləmirəm. Bilirəm ki, səs gəlmir artıq bu otaqların heç birindən. Və bəlkə də, heç gəlməyəcək. Mən bir xatirələr yığını, zamanın qucağında yavaş-yavaş dağılan bir abidəyəm. Mənim səssizliyim - bir dövrün bitməsinin, köhnənin yeniyə təslim olmasının acı reallığıdır. Bəzən xatırlayıram ki, gecələr kəndin itləri necə hürərdi, kənd camaatının pəncərələrdən sızan zəif işıqları mənim qaranlığımı necə də qovardı. İndi isə hər yer qapqaradır, yalnız uzaqdan gələn şəhər işıqları mənim qoca divarlarıma düşür, sanki mənə lağ edir. Onlar gələcəyin parıltısıdır, mənim isə keçmişimin kölgəsi.
Hərdəniçimdənbirsızıltı keçir, sankibirzamanlariçimdəkihəyatınsonnəfəsidir. Ammatezkeçibgedir. Çünkibilirəm, artıqheç birmahnı, heç birgülüş, heç birağlayış buotaqlardanyüksəlməyəcək. Mənə qalanyalnızxatirələriminsükutuvə zamanıngətirdiyiqaçılmazyoxluqolacaq. Mənartıqheç kimə cavabdehdeyiləm, heç kimməndənbir şeygözləmir. Mənsadəcə, varam, keçmişincanlı şahidiolaraq. Və hərilpayızdayarpaqlarpəncərələrimdəniçəritökülərkən, mənə elə gəlirki, onlardamənimkimikədərlidir. Sankionlardabuevin, bukəndinunudulmuşluğunufısıldayır. Gecələrküləkqapılarımı döyəndə, bu, sankikiminsə mənixatırlamaq üçünsoncəhdidir, ammamənbilirəmki, bu, sadəcə, zamanınkeçməyininsəsidir. Və osəslərbelə, artıqməniovutmağayetmir. Məndə digəryoxolanxatirələrkimi, sadəcə, səssizcə dayanıram. Sizelə bilirsinizki, evlərdanışmır? Sizelə bilirsinizki, cansızvarlıqlarınsəsi çıxmır? Bizdanışırıq, bizyaşayırıq, sadəcə, sizbuqədərdərinliyə enməyə cəsarətetmirsiniz...
Səsgəlmirartıqbuotaqdan, buevdən, buradayalnızzamanınunudulmuş nəfəsiqalıb. Çünki mən Ocaqlılar tərəfindən tərk edilmişəm…
“Ədəbiyyat və incəsənət”
(16.10.2026)
[1] Gizlənqaç


