Əlisəmid Kürün vəfatının birinci ildönümü üçün rekviyem Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Tqəvim şöbəsi

 

Ötən ilin bu vədəsində dünyadan bir şaiir köçdü. Əlisəmid Kür adında. Salyanda doğulmuşdu. Məktəb oxudu. Əntiqə şeirlər yazdı. Oxunaqlı “Yol” qəzetini buraxdı. Tərcümə Mərkəzində işlədi. Acıdildir dedilər. Həbsxana da gördü. Xəstələndi. Respublika Klinik Xəstəxanasında vəfat etdi. Salyanda dəfn edildi. Bir də, ötənilki saytlar belə yazdılar: məşhur şair vəfat etdi. Vəssalam. 71 ilin bir xronologiyası.

Mən gözlədim ki, bəlkə bu il də saytlar nəsə yazalar. Amma yazmadılar.

Unutdular şairi.

Bizsə unutmadıq.

 

Bu da onun bir neçə şeiri. Bu şeirlərin içində bir şeiri də var ki 71 illik ömrünə yazdığı rekviyemdir. Demirəm hansıdır. Özünüz oxuyanda biləcəksiniz.

Yaxud deyirəm. Ən sonuncu şeiri.

Allah rəhmət eləsin!

 

DƏNSİZ DƏYİRMAN DAŞLARI

Fırlanır dəyirman daşı
Baxıram, başım fırlanır.
Fırlanır dünya başıma
Torpağım, daşım fırlanır.
Saçı-saqqalı ağarmış
Sığal çəkmə alt daşına, üst daşına.
Un ələnmir üst-başına.
Dənsiz dəyirman daşları qəm ələyir,
Dərd üyüdür ömrün qışına.
Bu çərxi-dövran daşları
Dəyir, bir-birinə dəyir.
Dənsiz dəyirman daşları
Yeyir, bir-birini yeyir.
Acıdı dəyirman daşları
Dən gözləyir əvvəl-axır.
Tanrı dinmir,Tanrı susub
Çörəyimiz daşdan çıxır.

 

ATAMIN AYAQLARI

Hara getdim dara düşdüm
Atamın ayaqları süründü arxamca
İndi
Atamın ayaqları Sibirdi
Özü kimi ayaqları da yuxusuz…
Üz sürtdüm ayaqlarına,
Qəlpə giziltisindən
Diksindi qulaqlarım.
Çəliyi ayaqlarına başdaşı Atam!
Səcdənə gəldim,
Ayaqlarını suya qoy,
Dirilik suyu kimi ayağının suyunu içim Atam oy!
Əlimdən nə gəlir daha
Ayaqlarımı verim, yeri, Atam!
Laylay atam, ayaqlarına laylay!
Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam!

 

ALO, MƏNSƏNİ GÖRÜRƏM

Yuxarı mərtəbədəngələnmahnı
Ü
rəyimigöynədənvaxtda
ə
llərimqoynumda
uzanmışam çarpayıda.
Tavandan, divarlardan
Kədərli üzlər,
Dilxormaskalarasılır
Sənidüşündükcə, qızım!
Həroxunannəğmə
Birdoğmaanı yadasalar,
Hərtanış səsbirdoğma üzü
Canlandırargözlərimizdə…
Telefonzəngi.
-
Alo, Bakıyladanışın.
-
Al-lo! Qızım, sənsənmi?!
-…
-
Al-lo!
…2400
kilometrlikhəsrətiniçində
Qatarkeçdideyəsən.
Birzahı bulud
Silkələditelefonxətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…

 

UZUN AYRILIQDAN SONRA

Uzun ayrılıqdan sonra dönəndə Vətənə
Kimi qucaqlasam birinci,
Qarşıma çıxanların heç biri inciməz.
Bir dost yazmışdı mənə:
“Sən qəribəsən, biz-yol gözləyən.”
Məni qarşılayanların
Heç biri inciməz, anam,
Səni qucaqlasam hamıdan əvvəl.
Uzun ayrılıqdan sonra
Yenidən sevmək
Yenidən doğulmaq kimi gəlir insana,
İzn ver oğluna yenidən doğulmağa,
Aç qoynunu, ana!
Qol-boyun gördükcə bizi
Dostlar da başlayar
Bir-birini qucaqlamağa.

 

QAN-TƏR İÇİNDƏ

Əqrəbləriitmiş saatkimiyəm,
Vaxt ölür, çöküriçimdə.
Cin çapmış atkimiyəm,
Qan-təriçindəyəm, anam,
Qan-təriçində.
Zamandolaşıqnərqovğasında
Ş
eytan-mələkdavasında
Ü
rəyim əlimdəngedir,
Çı
rpınırqollarımqoynumda,
Gecəmqan-təriçində, anam,
Günümqan-təriçində.
Bu əlim,budalaldilim,
Sözü xəmirkimiyoğurandilim,
Cadar-cadar, dilim-dilim
Söz əkib-becərəndilim,
Sözümqan-təriçində, anam,
Dilimqan-təriçində,
Alnımınqırış yerindən
Taleyin çaparı keçir.
Buyurdunsüyəryerindən
Bir ölümqatarı keçir,
Elimqan-təriçində, anam,
Obamqan-təriçində.
Toxdayıb, səbrimdənasıldım,
Buğlanıb, ruhumdanasıldım,
Canhamı, qəbrimə qısıldım,
Söndümqan-təriçində, anam,
Ö
ldümqan-təriçində.

 

ADAŞIM, BALABANÇIKOR ƏLİSƏMİD

– BiradaşımyaşayırKürdəmirdə,
Muradxanlı kəndində
Gecəyarı ekrandagördüm
XəzərTV-də.
Ə
vvəl-əvvəldanışmadı, dinmədi,
dizləri üstə gözləriyol çəkdi
barmaqlarımın.
Sonraadamlaryığışıb
könlünü aldılaronun,
ovutdular.
Çı
xartdı üzə balabanı.
Dedi, mənimişimbalabanla, neylədi.
Adaşım, balabançı kor Əlisəmid.
Sonragörneylədi
adaşım, balabançı Kor Əlisəmid.
Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Hərəkəti yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Qəfil balabanı qoydu qırağa,
Ürəyinin işığı üzündə,
üzü nur,
üzü pir Əlisəmid.
Çalğı çoxdan qurtarıb,
nə baxırsan?
Əlləri üzündə,
gözləri barmaqlarının ucunda,
adaşım, balabançı Kor Əlisəmid.

 

ADGÜNÜ KEÇİRMİRHƏBSXANALAR

Birqədəhzəhər,
boyuuzunuipəkkəndir
gətirdilər şairə adgünündə.
Səslərgəldiqulağına:
– İçə
ksəninsağlığına!
İç
mədi!..
– İ
pəkkəndir ölçülübdürboynuna,
Keçmədi…
Pıçıldadı öz-özünə
ö
zqanını içən şair,
«
Azadlıq» sözündənasılan şair:
–
Adgünü keçirmirhəbsxanalar!

…Qismətetmə kafirə də
kamerada, darotaqda
dönə saatkəfkirinə;
Neçə kilometryolgəldi şair,
Yoluzanır, yoluzanır
Azadlığınadgününə
burulğanlariçindən…

Səsingəlsin, XəlilRza,
Səsingəlsin,
Adgünü keçirmirhəbsxanalar!..

 

AĞI

Dəli çaylarınaxarı
sularınsəsindənbəlli.
Mənkeçdim,
Sənkeçənmədin.
Torpağımheeey!

Sirrikorquyudibində,
Dərdi üzündənbəlli.
Dəlisiağıllı kimi,
ağıllısı dəlikimi
Millətimheeey!

Tapdaqaltdagözü qalan
ocaqkülündənbəlli.
Qorxağı qaçmağından,
İ
gidi ölümündənbəlli.
Məmləkətim heeey!

Yurdutalanolanım
İ
ndihəsrətlə qol-boyun.
Ulayımqurdtək, ulayım
Millətimheeey!
Məmləkətim heeey!

 

DİLİNDƏ SONUNCUDUA
DostumRafaelAydınoğluna

Məni çoxincitmə, Tanrım,
Ö
züngöndərənbəlayam.
Mən şeytanapapış tikən
Sənin ərköyünbalanam.

Nə Qurana əlbasmışam,
Nə də xaç çəkmişəm, Tanrım!
Sənə qulaqasmamışam, –
Sənnən çox çəkmişəm, Tanrım!

Dərdingöyçəyinyollayan
Gərəkbəndəsində duya.
Qoymayatövbə etməyə,
Dilində sonuncudua.

Mənsəndənküsmüşəm, Tanrım!
Ü
zə durdumhansı haqqla?
Ö
mrü borcvermisən, Tanrım,
Alruhumugirovsaxla!

 

DÜNYANINYALANGÜNÜ
RəsulRzaya

Ölümünlə aldatdınbizi
aprelinbirində – başaldatdı günü.
Yüyürdüm ölümünardınca;
İ
nsanaxını yolvermədi
ç
iynimiverəm
tabutunaltına.
…Ö
lümünutana-utanagəlmişdi
Fəxrixiyabana.
Çə
kinə-çəkinə,
qızara-qızara
girmişdiməzara.
AmmaSən,
«ö
zünalmışdın çiyninə tabutunu».
Ogünköşklərdə çiçəkqalmamışdı,
Ogün şehligözyaşlarıyla
ç
içəkləmişditabutunda!
Səndənuzaq.
Səndənnigaran
ö
lümündənxəbərsizdiNigarın…
Dilimsözə möhtac,
ə
ligəlmirdi
ö
lümünə nəğmə qoşmağa.
«
Belə olurmuş demək»
dünyanınyalangünü
adamaldatmaq?!
Ö
lümxəbəriylə
adlamı aldatmazlar, ustad!

 

QANBAHASINA

…Əvvəl-axır
buludlardağılacaq
yağışlarınqanı bahasına
Çə
mənlərsaralacaq
ç
içəklərinqanı bahasına.

Əvvəl-axır
sevgiləryetimqalacaq
aşıqlərinqanı bahasına

Köklənibayrılıqhavasına
yollardərvişlərə qalar,
birdə qaraçı köçünə –
mahnılarınqanı bahasına.

Hamı sevgidən doğulmur,
Hamı sevgiyə möhtacdı.
Əvvəl-axır söz dedim,
könül açdım.
Söz dedim sevdiyim qədər –
ürəyimin qanı bahasına .

buludlar dağıldı, keçər…
çəmənlər saralıb, köçər…
Sözlərim ürəyimin qanını içər,
İçər, –
ömrümün qanı bahasına.

…Qiyamət günüdü yoxsa,
Yoxsa Miflərin dağılan günü…
Uğultusu eşidilir dərdlərin,
Zəlzələsi qabaqdadı kədərlərin.

 

KENTAVR

Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü.
Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı…
Bir də qulaqlarıma at kişnərtisi gəldi…

Dərdin arxasınca dördnala çapan
Bədəni at, başı adam,
Bu yarıat, yarıadam
Qaçmağa hallı adam
hara gedir, Yaradan?!

Sözünün dalında dağ kimi durub,
Hər gün bir sevdayla döyüşə gedir.
Dalına atdığı şələyə baxmır.
Xəndəyə yıxılmır, tələyə baxmır,
Özüylə söyüşə-söyüşə gedir.

At kimi yeriyir qəmin üstünə
Çapır, dördnala çapır,
Hara gedir qəm gətirir
Bir gün çörək tapır,
bir gün də tapmır…

«Mersedes» gözəllər keçir yanından
Vaxtı yox onlara gözucu baxa.
Faytona qoşulmuş ata boylanır,
Bu yarıat, yarıadama
ana boylanır
ata boylanır.

Kentavr şəhərdən baş aça bilmir.
Dəyənək qorxusu çıxmır canından.
Bu köçkün kentavr,
qaçqın kentavr
Polisin əlindən qaça da bilmir.

Bu qovur, o qovur,
Göydə Allah qovur, yerdə bəndəsi
Kəpənək yuxusu qaçıb gözündən
Hələ kütə gedir onun kündəsi.
– Hara gedirsən, KENTAVR?
– Kimdən qaçrsan, KENTAVR?
Başın bədənindən ayrı,
Bədənin başından ayrı,
Özün-özündən qaçırsan,
Gedirsən qəmin üstünə
söyüşə-söyüşə,
Yaşamaqçün, ölməməkçün
Atlar örüşə gedir,
Kentavrlar – döyüşə!

 

ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ

Çəkilib uzaqdan baxdım özümə, –
Gördüm görkəmim dəyişib,
Üst-başım tamam köhnəlib,
Dabanı yeyilib çəkmələrimin…

Tanrının gözünə dik baxdığımdan
Xəbərim olmayıb üzümə düşən qırışdan
Yaman inanmışam arvad sözünə:
«- Dağa bənzəyirsən sən bu duruşda».

Güzgüdə özünə baxıb göz vuran
O şux, o kür adam mən deyilmişəm.
Adamlar dəyişir havalar kimi
İlahi, mən niyə dəyişməmişəm?!

Dünyaya piyada gəlib-gedənlər
Odu eee… yanımdan atlanıb keçir.
Ürək qızdırdığım, çörək kəsdiyim
Qəfildən üstümdən atdanıb keçir.

Mən koram… Sən hara baxırsan, Tanrım!
Sənin də oyunun yamannan-yaman.
Haqqın tərəzisi qurulan vaxtı
Kiminə taxt verdin, kiminə palan.

Çəkilibuzaqdan özümə baxdım, –
birdə üzə gülüb,
arxamcadaş atanlara…
Yol üstə ilantək qıvrılanlara…

Başımın üstündə qovğalarkimi
Buyağış adamlar, küləkadamlar –
Bupayızoğlanlar, buqış gözəllər,
Buküləkoğlanlar, kələkoğlanlar,
Bupayızgözəllər, buxəzəlqızlar,
Dayanıbyolumdaqovğalarkimi, –
Adamlardəyişirhavalarkimi, –
Niyə dəyişmədin, Cəfərinoğlu?!

 

P.S. Bu yazı-ağı tək Əlisəmid Kür üçün deyil amma. Onun vəfatından bir qədər əvvəl daha bir şair dünyadan köçmüşdü. O da Salyanda doğulmuşdu. Onun da təxəllüsü Kür idi. O Həsən Kür, bu Əlisəmid Kür.

Salyanda doğulan şairlər, daha özünüzə Kür təxəllüsü götürməyin. Kür sizi qərq edər.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.