Uşaqların da, böyüklərin də sevimlisi Aiken Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hər ilin 4 sentyabrında İngiltərənin ədəbi dairələri, eləcə də Sasseks qraflığı matəmə batır. Niyə? Çünki həmin gün vəfat etmiş yazıçıya yas saxlayır, ruhuna dualar oxuyur, şamlar yandırır. Kimdir o yazıçı?  Con Eyken — əsl adı Joan Delano Aiken olan, XX əsrin tanınmış ingilis yazıçılarından biri.

 

O, xüsusilə uşaq ədəbiyyatı, fantastika, fövqəltəbii hekayələr, tarixi-fantastik romanlar və alternativ tarix janrlarında yazıb. Yaradıcılığı yalnız uşaqlarla məhdudlaşmayıb, böyüklər üçün də çoxsaylı roman və hekayələr qələmə alıb. Ümumilikdə 100-dən çox kitabın müəllifi olub.

Joan Aiken 4 sentyabr 1924-cü ildə İngiltərənin Sasseks qraflığının Rye şəhərində anadan olub. O, ədəbiyyatla sıx bağlı ailədə böyüyüb. Atası məşhur amerikalı şair Conrad Aiken, anası isə kanadalı əsilli Jessie McDonald Aiken idi. Ögey atası da yazıçı Martin Armstrong olub. Bacısı Jane Aiken Hodge və qardaşı John Aiken də ədəbiyyatla məşğul idilər. Beləliklə, Joan uşaqlıqdan kitabların, hekayələrin və yazıçılığın içində böyüyüb.

Onun yaradıcılığa marağı çox erkən yaşlarda yaranıb. Mənbələrə görə, Aiken beş yaşından yazmağa başlayıb. Uşaqlıq illərində ətrafındakı dünyanı təxəyyülündə dəyişdirərək müxtəlif hekayələr qurub. Aiken ənənəvi universitet təhsili almayıb. Buna baxmayaraq, geniş mütaliəsi və yazıçılıq istedadı onun peşəkar fəaliyyətinə erkən başlamasına imkan verib.

O, müxtəlif dövrlərdə: BBC-də,

Birləşmiş Millətlər Təşkilatının İnformasiya Mərkəzində,

jurnal və nəşriyyat sahəsində,

Argosy jurnalında redaktor kimi

çalışıb. Daha sonra reklam sahəsində də fəaliyyət göstərib. Bu təcrübələr onun yazıçılıq üslubunun formalaşmasına ciddi təsir göstərib. Joan Aikenin ilk kitablarından biri The Kingdom and the Cave olub və 1960-cı ildə nəşr olunub.

Lakin onun geniş oxucu auditoriyasına tanınmasını təmin edən əsas əsər The Wolves of Willoughby Chase olub. 1962-ci ildə nəşr edilən bu roman Aikenin ən məşhur əsərlərindən birinə çevrildi. Əsərdə XIX əsr İngiltərəsini xatırladan, lakin real tarixdən fərqli şəkildə inkişaf edən alternativ bir dünya yaradılıb. Aiken məhz belə əsərləri ilə alternativ tarixlə uşaq macəra ədəbiyyatını birləşdirən özünəməxsus üslub formalaşdırıb

 

“The Wolves of Willoughby Chase”

Bu əsər Aiken yaradıcılığının ən mühüm nümunələrindən biridir.

Romanın hadisələri uydurma, alternativ İngiltərədə cərəyan edir. Burada adi tarixi reallıqla fantastika birləşir. Əsərin əsas qəhrəmanları uşaqlar Bonnie Green, Sylvia Green və Simondur. Roman macəra, təhlükə, dostluq, ailə, cəsarət və ədalət mövzularını əhatə edir. Əsərin uğurundan sonra Aiken həmin dünyada keçən bir sıra başqa romanlar yazıb. Bu əsərlər sonradan Wolves Chronicles adı ilə tanınan silsiləni formalaşdırıb

 

Silsilənin əsas kitabları

- The Wolves of Willoughby Chase

- Black Hearts in Battersea

- Nightbirds on Nantucket

- The Stolen Lake

- The Cuckoo Tree

- Dido and Pa

- Is

- Cold Shoulder Road

- Midwinter Nightingale

 

"Dido Twite obrazı"

Aikenin yaratdığı ən yaddaqalan obrazlardan biri Dido Twitedır.

Dido ağıllı, cəsur, enerjili və macərapərəst qız obrazıdır. O, müxtəlif təhlükəli vəziyyətlərə düşür, lakin öz zəkası və cəsarəti ilə onların öhdəsindən gəlməyə çalışır. Aiken uşaqlar üçün yazdığı əsərlərdə uşaqları passiv qəhrəman kimi deyil, hadisələrin gedişatına təsir edən fəal və müstəqil şəxsiyyətlər kimi təqdim etməyə xüsusi diqqət yetirib.

 

“The Whispering Mountain”

Aikenin mühüm əsərlərindən biri də The Whispering Mountain romanıdır. Əsər 1968-ci ildə nəşr olunub və yazıçıya böyük nüfuz qazandırıb. Roman üçün Aiken Guardian Children's Fiction Prize mükafatını qazanıb. Əsər həmçinin Carnegie Medal mükafatında fəxri qeyd olunan kitablar sırasında yer alıb. Bu əsərdə tarix, macəra, əfsanə və fantastik elementlər bir-birinə qarışır. Aikenin əsas xüsusiyyətlərindən biri də məhz budur: o, real tarixi atmosferi götürərək onu tamamilə yeni və fantastik dünya ilə birləşdirib.

 

“Night Fall” və Edgar Allan Poe mükafatı

Joan Aiken detektiv və sirr elementlərinə də xüsusi maraq göstərib. Onun Night Fall əsəri bu baxımdan diqqətəlayiqdir. Əsər 1972-ci ildə Mystery Writers of America tərəfindən Edgar Allan Poe Award mükafatına layiq görülüb. Bu mükafat Aikenin yalnız uşaq yazıçısı olmadığını, həm də sirli və gərgin süjetlər qurmaq bacarığına malik müəllif olduğunu göstərib.

 

Jane Austen yaradıcılığına münasibəti

Aiken klassik ədəbiyyata da böyük maraq göstərib. Xüsusilə Jane Austen yaradıcılığı onun diqqətini çəkib. O, Austen əsərlərinin bəzi personajları və dünyası əsasında yeni romanlar yazıb.

Məsələn:

- Jane Fairfax

- The Youngest Miss Ward

- Emma Watson

- Mansfield Revisited

kimi əsərləri bu marağın nəticəsidir. Beləliklə, Aiken klassik romanların dünyasını öz fantaziyası ilə davam etdirən yazıçılardan biri kimi də tanınır.

 

Uşaqlar üçün digər məşhur əsərləri

Aikenin yaradıcılığı çox genişdir. Onun məşhur kitabları arasında:

- A Necklace of Raindrops

- The Kingdom and the Cave

- The Wolves of Willoughby Chase

- Black Hearts in Battersea

- Nightbirds on Nantucket

- The Whispering Mountain

- Midnight Is a Place

- The Kingdom Under the Sea and Other Stories

- The Cockatrice Boys

- The Arabel and Mortimer seriyası

xüsusi yer tutur.

 

Mükafatları

 

Joan Aiken yaradıcılığına görə müxtəlif mühüm mükafatlara layiq görülüb:

- Lewis Carroll Shelf Award — The Wolves of Willoughby Chase üçün, 1965

- Carnegie Medal fəxri kitabı — The Whispering Mountain, 1968

- Guardian Award — The Whispering Mountain, 1969

- Edgar Allan Poe Award — Night Fall, 1972

- New York Times Outstanding Book — Midnight Is a Place, 1974

- MBE (Member of the Order of the British Empire) — 1999, uşaq ədəbiyyatına xidmətlərinə görə.

1999-cu ildə ona verilən MBE Britaniya ədəbiyyatında uzun illər davam edən fəaliyyətinin rəsmi tanınması olub. 4 yanvar 2004cü ildə vəfat edib

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.