Güneydən Behruz Sədiq - şair və tərcüməçi Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Təqdimatımız bu dəfə də Güney Azərbaycana köklənibdir.

Behruz Sədiq — şair və tərcüməçidir. 1970-ci ildə Dəşt-i Muğanda anadan olub.

Farsca 10 şeir kitabının müəllifir.

“Bağçey klmat baldar” (Qanadlı sozlər bağçası)

 “Dar dusti derəxt tənha” (Yalqız ağac dosluğunda)

“Zəxməm ra gəndum mi bəndıd” (Yaramı buğdə bağlayır)

“Biyayid be xaneyi xurşid berəvim” (Gəlin gedək günəşgilə)

 “Sibi ke əz divar həmsaye avizan əst” (Qonşu duvarından aslanan alma)

“Həsteyi zərdalu” (Ərik dənəsi)

“Qəlb roşənayi” (İşiğın ürəyi)

“Seda can əst” (Səs candır)

“Kuşehayi ğrq şude dər əşk” (Göz yaşında boğulan kuşələr)

“Se salunim ba nazim hekmət” (Tərcümə, Orhan Kamal, üç il yarim Nazim Hikmətlə)

Oxucularima şairin 3 şeirini təqdim edirəm. Qeyd edim ki, şeirlərin orfoqrafiyasına toxunulmayıbdır.

 

GÖYDƏN DÜŞMƏYƏN 3 ALMA

 

Quşlara dən səpirəm,

Cük-cük səsi ucalır

Atam işə getməyir,

Anam yersiz qocalır.

 

Hamı deyir uşaqsan,

Yaxın durma ağrıya.

Sevinmirəm doslarım,

Bu qaranlıq çağrıya.

 

Döyülür qapı birdən,

Qonşumuzun oğludu.

Don vurubdu umudu,

Görən xəbər doğrumu?

 

Göydən düşmür üç alma,

Nə açymış bu nağıl.

Mən küçə doslarıma,

Top oynayırdım mağıl....

 

 

YOL GEDİRİK TƏBRİZƏ

 

Kölgəmlə mən

Dizi-dizi

Sürünürük

Təbrizi.

Öləzin bir axşamın qatı qaranlığında.

 

Ürak atışmalarımız

Qonşumuz üstə çokən

O yxıx duvar.

 

Adım qan,

Addımım qan,

Yarasa yuvalamış yaralarımda.

“Günəş” çayxanasına dönürük.

Könlümüzdə doluxsanmış.

Yağmaz bulud.

Heybəmizdə pöhrələnən srom.

İynə,

Yol gedirik,

Bu dügündən

O dügünə!

Qara sevda yeriyir iliklərimə.

Tabriz qoynumda öləzin şam.

Axxxxx...

Lənətə gələsən

Lənətə

Yaşam!

 

 

DUMANDA KARVAN KEÇİRDİ

 

Dumanda karvan,

Don vurmuşdu

Oturmuşdu.

Palçıx duvar kölgəsində,

Həyatın qan yaralı kölgəsində.

Düşünürdü,

Üşüyürdü,

Həm çarıqsız,

Həm çarəsiz,

Müştüyün deşigindən,

Dumanda karvan keçirdi.

Şehli gözlə boylanırdı.

O

Yanırdı.

Paprızının əvəzində.

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.