Atları yəhərlədi və dövlət mükafatı qazandı Featured

Əhmədağa Muğanlının 100 illiyinə

 

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

"Atları yəhərləyin" bədiifilmiSovetideologiyasınıntəbliğinə hesablanıb, bununla belə maraqlılıq və peşəkar çəkiliş baxımından diqqət şəkir. Vaxtında çox böyük uğurqazanıb, filmin ssenarisinə görə yazıçı Əhmədağa Muğanlıya Dövlət mükafatı da verilib.

Bu, yazıçının ən böyük müvəffəqiyyəti olub.

Bu gün onun 100 illiyidir.

 

Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində alıb. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirib, tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirib. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib.

Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlayıb. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. 20-yə yaxın sənədli film ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş", "Od içində vahə", "Qocalar…, qocalar", "Atları yəhərləyin" (S. Rüstəmlə birlikdə), "Doğma sahillər" bədii filmlərin ssenari müəllifıdir.

Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlayıb. Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri, Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olub. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib.

Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olub. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon xalq deputatlar Sovetinin deputatı seçilib. Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır. 2001-ci il avqustun 4-də Bakıda vəfat edib.

 

Əsərləri

- Vicdan

- Tikanlı məftillər

- Şəhriyar əfsanəsi

- Çobanbayatı

- Şikəstə

- Ömürdən yeddi yarpaq

- Gecikmiş etiraf

- Dağ dağa söykənər…

 

Filmoqrafiya

Ssenari müəllifi kimi

- Alagöz yaylağında

- Bizim kolxoz

- Nizami

- Çobanlar

- 150 il. Mirzə Fətəli Axundov

- Sabir

- Dağlarda döyüş

 

Redaktor kimi

- Kölgələr sürünür

- Aşıq Ələsgər

- Dədə Qorqud

- Xoşbəxtlik qayğıları

- Arxadan vurulan zərbə

 

Ad və mükafatlar

- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1986 ("Atları yəhərləyin" bədii filminin ssenarisinə görə)

- "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

- SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin Fəxri fərmanı

- Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin Fəxri fərmanı

- "SSRİ-nin əlaçı kinematoqrafçısı" döş nişanı

- "Sərhəd qoşunları əlaçısı" döş nişanı

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.