1985-ci ildə o, Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxınlaşmışdı… Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Sabir ƏhmədliCəbrayılatop-qradmərmisidüşdüyü vaxtevinitəmiredirdi. Doğmatorpağınalınacağınayainanmırdı, yadainanmaqistəmirdi

Oğlunukönüllü Qarabağ savaşınagöndərib. Müharibə gedənvaxtoğlu şəhəruşağı olduğu üçün şəraitə alışabilmirmiş. Birqabdayeməkyeyilməsi, səliqəsizlikonudarıxdırıb. Bayıraçıxandasnayperlə başındanvurublar. Özü də həmingünoğlununadgünüymüş...

Oğlu şəhidolanvaxt özü cəbhə bölgəsininbaşqabiryerində əsgərlərlə görüşdə imiş...

 

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim, 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləyib.

1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilib. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb.

Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.

Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetinin 1992–1993-cü illərdə dərc edilib. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib.

İkinci Dünya müharibəsi qəhrəmanı Cəmil Əhmədovun qardaşı olub. Oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də ad günündə Murovda şəhid olub. Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat edib.

 

Kitabları

"Kütlə"

"Axirət sevdası"(2003)

"Şəhid ruhu"(2004)

 

Mükafatları

- "Əmək şöhrətinə görə" medalı (1975)

- "Əməkdar incəsənət xadimi" fəxri adı (1984)

- "Qızıl sünbül" ədəbi mükafatı laureatı (1991)

- "Azərbaycanın Xalq yazıçısı" fəxri adı (1992)

- "Xalqlar Dostluğu" ordeni

- "Qırmızı əmək bayrağı" ordeni

 

Əsərləri

- "Aran" ikihissəli roman (1962)

- "Pillələr" (1964)

- "Görünməz dalğa" (1966)

- "Yamacda nişanə" (1973)

- "Toğana" (1981)

- "Yasamal gölündə qayıqlar üzürdü" (1984)

- "Mavi günbəz" povestlər (1984)

- "Dünyanın arşını" (1985)

- "Gedənlərin qayıtmağı" (1985)

- "Yasaq edilmiş oyun" (1988)

- "Kütlə" (1999)

- "Yanvar hekayələri" (1992)

- "Uyuq” (2008)

- “Yazılmayan yazı” (2010, 2015)

 

Xalq yazıçısı Sabir Əhmədlinin həyatı barədə maraqlı faktlar ara-sıra mediada gözə dəyir. Onlardan bəzilərinə diqqət yetirək:

1.

80-ci illər ədəbi nəsli haqqında Yazıçılar Birliyində görüş keçirilirmiş. Sabir Əhmədliyə söz verilir. O, qəribə bir müşahidəsini açıqlayır: -Onların hamısının hekayəsində yağış yağır.

2.

Qardaşı Cəmil Əhmədov Sovet İttifaqı Qəhrəmanıydı. Döyüşlərdə həlak olmuşdu. Sabir Əhmədli Varşavanın qar basmış məzarlığında bir-bir qəbirləri qardan təmizləyə-təmizləyə inadla qardaşının məzarını axtarmışdı.

1985-ci ilin 9 may tarixində Sovet İttifaqı Qəhrəmanı olan qardaşı Cəmil Əhmədlinin abidəsini ziyarət edəndən sonra Xudafərin körpüsünü ziyarət etmək istəyir və Qumlaq kəndinə gedir.

 O zaman üçün təbii ki, bu çox müşkül məsələ idi. Amma Araza və o tay türk ellərinə bağlı olan yazıçı üçün bu əsl ilham mənbəyi olacağından rayon rəhbərliyi buna etiraz etmir. Beləliklə, 1985-ci il mayın 10-da yazıçı Xudafərinə heç kimin yaxınlaşa bilməyəcəyi məsafə qədər yaxınlaşır.

3.

Şərif Ağayar yazır: “Bir dəfə evində də oldum. Gənc yazar Mövlud Mövludla... Onda uşaq idi Mövlud. Amma Sabir müəllimi məndən yaxşı oxumuşdu. Üstəlik insan kimi kifayət qədər tanıyırdı və necə bir tale yaşadığının fərqində idi. Uşaq olsa da...

Mövlud Sabir müəllimin əlini öpdü, söhbətlərinə yüksək həssslıqla qulaq asdı. Çox həyəcanlıydı. Sabir müəllimgildən düşüb gələndə birdən baxdım ki, Mövlud yoxdur. Ora-bura boylandım, gördüm binaların arasında qolunu divara, alnını qoluna söykəyib, çiyinlərini ata-ata ağlayır.”

4.

Sabir Əhmədli Azərbaycanda oğlu şəhid olan yeganə Xalq yazıçısıdır. Xalq şairlərindən isə yalnız Xəlil Rzanın oğlu Qarabağ müharibəsində şəhidlik məqamına ucalıb. Sabir müəllim nə oğlunun yasında, nə də sonralar oğlu üçün adamların yanında ağlayıb. Ancaq gizlinlərdə, öz otağında ağlayırmış.

5.

O, gəncliyində çox sağlam adam olub. Oğlu Məhəmməd şəhid olandan və torpaqların işğalından sonra qan təzyiqi və şəkər xəstəliyi tapıb.

6.

Sabir Əhmədli Azərbaycan ədəbiyyatında ən çox roman yazan yazıçılarındandır. Onun 20-dən artıq romanı çap olunub.

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.