İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
Biz ki, bir ruh idik iki bədəndə,
O gülüb-sevinsə gülərdim mən də,
Vüsalın bülbülü uçub gedəndə,
Daş kimi gəlbimdə qalan ayrılıq.
Kim qıydı dostların bahar elinə?
Mehriban sözünə, şirin dilinə,
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq.
Mən görəndə orda yaz səhəriydi,
Xoş nəfəs baharın küləkləriydi,
Açılan ağ badam çiçəkləriydi,
İndi onlardımı solan, ayrılıq!
Gün çıxar, dağların əriyər qarı,
Pozulmaz dostların əhdi, ilqarı,
Keçər ürək dərdi, könül qubarı,
Gəl etmə meydanda cövlan, ayrılıq!
Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin anım günüdür.
O, 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. Bakı Pedaqoji Texnikumunu bitirib. Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirib. Bakı kinostudiyasında ssenari şöbəsində, eyni zamanda fəhlə-gənclər məktəbində, "Azərnəşr"də bədii-ədəbiyyat şöbəsində tərcüməçi və redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində işləyib. Xidmətlərinə görə "Şərəf" nişanı, orden və medallarla təltif olunub.
"Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilmişdir. 1934-cü ildə nəşr olunmuş ilk "Şeirlər" kitabı Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edir. "Dolores İbarruri" şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. "Cəmilə" şeiri Əlcəzair xalqının milli azadlıq mübarizəsinə həsr olunmuş qüvvətli lirik əsərlərdəndir.
Məhsəti Gəncəvinin rübailərini, Evripidin "İfigeniya", Fridrix Şillerin "Məkr və məhəbbət", Anton Çexovun "Vanya dayı", "Albalı bağı" dramalarını, E. L. Voyniçin "Ovod", O. Qonçarın "Bayraqdarlar" romanlarını, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş. Petöfi, A. Mitskeviç, A. Sereteli və başqalarının əsərlərini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunub.
- Təbiət mənzərələri, mənəvi zənginlik, vətənpərvərlik, sülh, demokratiya, azadlıq ideyaları tərənnüm olunan kitabları
Şeirlər
Dənizin səsi gəlir
İşıqlı dünyam
Günəşdən gənclik istədim
Həzin bir axşamda düşsən yadıma
Şanlı nəsillərin yadigarısan
- Müharibə movzusuna və müharibə əleyhinə həsr olunan kitabları
Zəfər nəğməsi
Şeirlər
Anaların səsi
Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən
- Uşaqlar üçün yazdığı kitablar
Balaca qəhrəman
Günəşin cavabı
Məstanın balaları
Bizə baharyaraşır
Mükafatları
1. "Şərəfnişanı" ordeni
2. "AzərbaycanSSR əməkdarmədəniyyətişçisi" fəxriadı
3. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı
4. "Azərbaycan SSR xalq şairi" fəxri adı
O, 1981-ci ilin bugünkü günündə Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.07.2026)


