2 iyul günü dünyadan Hemenqueyi aldı Featured

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Dünyaşöhrətli Amerika yazıçısı Ernest Heminqueyin bu gün anım günüdür və əminliklə deyirəm ki, dünya boyu pravoslav və katolik kilsələrində nun ruhuna şam yandırılacaqdır.

Onun əsərlərini xumayan çox az adam tapılar.

Onu bütün dünya oxuyur.

Təsadüfi deyil ki, onu dahi adlandırırlar.

 

O, 21 iyul 1899-cu il tarixində Oak Parkda, ABŞ-ın İllinoys ştatında dünyaya göz açıb. Ernest Heminquey sadəcə bir yazıçı olmayıb — o, yaşadığı dövrün içində həm döyüşən əsgər, həm jurnalist, həm də dəli-dolu bir macəraçı olub. Onun həyatı da, əsərləri kimi, çəkişməli, kədərli, lakin çox güclü olub.

 

Uşaqlıqdan təbiətə, ovçuluğa və balıqçılığa marağı olan Heminquey, müharibə illərində könüllü olaraq I Dünya Müharibəsinə qatılıb. İtaliyada təcili yardım sürücüsü kimi çalışarkən ağır yaralanıb. Bu təcrübə onun ruhunu dərin şəkildə silkələyib və əsərlərinə sonsuz acı qatıb.

 

Üslubu sadə, lakonik və güclü cümlələrlə seçilib. O, “buz dağının nəzəriyyəsi” adlandırılan yanaşma ilə yazıb: oxucuya az sözlə çox şeyi hiss etdirmək. Cümlələr qısa olsa da, onların altında böyük hisslər yatır.

 

"Yaxşı yazıçı dənizin altındakı buz dağını da görə bilən adamdır”, – deyirdi Heminquey.

Yalnız Amerika deyil, bütün dünya ədəbiyyatına yeni nəfəs gətirmiş bir yazıçı olub. Onun əsərlərində insanın təbiətlə, müharibə ilə və öz vicdanı ilə mübarizəsi parlaq şəkildə əks olunub. Onun ədəbiyyatdakı izi – sadə görünən sözlərin dərin mənasında yaşayır.

 

Ən məşhur əsərləri

 

1. "Qoca və Dəniz"

Qoca balıqçı Santyaqonun dənizlə mübarizəsi fonunda iradə, tənhalıq və mənəvi qalibiyyət mövzularını işləmişdir. Bu əsərinə görə Pulitzer mükafatını qazanıb.

 

2. "Əlvida Silah"

Müharibənin boşluğu, insanın sevgiyə və həyata olan ümidsizliyi real və sərt dillə təqdim olunub.

 

3. "Günəş də Doğur"

"İtirilmiş nəsil"in simvolu olan bu roman, döyüş sonrası gənclərin mənasızlıq içində özlərini axtarışından bəhs edib.

 

4. "Zəng Kimin Üçün Çalır"

 İspaniya vətəndaş müharibəsində amerikalı könüllü Robert Jordanın daxili dilemması və mübarizəsini təsvir edib.

 

1954-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülən Heminquey, ömrünün sonlarında ciddi depressiyaya düşüb və 1961-ci ildə intihar edib.

Dahiliyin aqibəti bəzən elə bu cür olurmuş.

 

“İnsanı məğlub etmək olar, amma məhv etmək olmaz.” – Bu kəlam Ernest Heminqueyin "Qoca və Dəniz" romanındandır. Çox təəssüf ki bugünkü dünyada insanları məhz məhv edirlər…

 

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.