İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Bugün Azərbaycan Respublikasının Xalq şairi Qabilin anım günüdür. Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb. Onuhərzamansevdirən şeirlərindənbiridə “Səhvdüşəndə yerimiz” adlanır. 1969-cuildə yazılanbu şeirzamankeçdikcə gündən-günə müasirləşib. Nəsillərdəyişdikcə bugündə cavanlaşmaqdadavamedir…
Azərbaycan Respublikasının Xalq şairi Qabil İmamverdiyev 12 avqust 1926-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib.
AYB Ağsaqqallar Şurasının sədri olub.
Yaradıcılığı ilə müasirAzərbaycanədəbiyyatını dahadazənginləşdirən şairinxalqınkeçmişindən, bugünündənbəhsedən, böyüktəsirgücünə malik, həyathəqiqətlərininrealisttəsviriniverənəsərlərivətəndaşlıqhisslərininvə mübarizlikruhununaşılanmasındamühümxidmətlərgöstərib.
“Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabilin yaradıcılıq yolu həmişə şəxsiyyəti ilə daim həmahəng olub. Eyni zamanda həyatda mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir. Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər, duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Çox az adam tapılar ki, Qabilin məşhur “Səhv düşəndə yerimiz” şeirini eşitməmiş olsun. Bəs bu şeir necə yaranıb?
Qızmar yay günlərinin birində şair Sovetski küçəsindən piyada üzü aşağı Hüsü Hacıyev küçəsinə, evinə tərəf gedir və yolda susayır. Su satılan köşkə yaxınlaşır. Soyuq limonad alır, içə-içə balaca köşkə güclə yerləşən, şişman satıcı kişiyə baxır. Kişinin boynunda butulkaları açmaq üçün nəzərdə tutulan qapaq açan var imiş və kişi ucuna ip salıb boynuna taxıbmış. Qabil kişiyə deyir ki, boynundan qapaq açanı aç. Kişi də cavab verir ki, bu mənim alətimdir, tez-tez itirirəm, ona görə də boynumdan asmışam ki, lazım olan kimi tapım. Qabil isə eyni sözü təkrar edir. Kişi bu dəfə: “ay kişi, limonadın pulu-zadı lazım deyil çıx get. Xatanı uzaq elə məndən. Qoy pulumuzu qazanaq” - deyir. Qabil yenə kişidən qapaq açanı boynundan çıxarmasını tələb edir. Nəhayət, “cüssəli” limonad satan görür ki, deməklə mümkün olmayacaq, qolunun gücünü göstərmək üçün budkadan çıxmağa məcbur olur. Qabil dərhal oradan uzaqlaşır. Bu səhnə onu rahat buraxmır. Qabil düşünür... Axı niyə bu bədənlə, vücudla başqa yerdə işləməli olduğu halda, bu kişi limonad satmalıdır? Bu ki kişi işi yox, qadın işidir. Məhz bu səhnə də “Səhv düşəndə yerimiz” şeirinin yaranmasına səbəb olur. Beşinci bənd isə limonad satana həsr olunmuşdur:
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Limonad satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Şeirin ilk variantı bu şəkildə olsa da, sonralar "Bir qeyrətsiz yekəpər qızılgül satar" şəklində dəyişdirilmişdir.
Kitabları
1. Seçilmiş əsərləri
2. MənimmaviXəzərim
3. Ömrüm boyu
4. Nəsimi 1980 (I–III kitab)
5. Ömrün həbləri
6. İlahi qisməti
7. Dostlarım, tanışlarım
8. Seçilmiş əsərləri — I cild
9. Seçilmiş əsərləri — II cild
10. Əsərlər (7 cildlik külliyyat) — 1–7 cild (2017) — Oğlu Mahirdən xatirə
Mükafatları
1. Azərbaycan SSR Dövlət mükafatı
2. "Əmək igidliyinə görə" medalı
3. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı
4. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
5. "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı
6. "Şöhrət" ordeni
7. Ədəbiyyat Fondunun "Rəsul Rza" mükafatı
8. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
9. "İstiqlal" ordeni
Qabil 4 may 2007-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub. 1-ci Fəxri Xiyabanda dəfn edilib. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilib — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinib. Yeni sahiblər əvvəlki sahibləri daha tanımadıqlarını bəyan etməkçün onun izlərini yox ediblər, bu anlaşılandır. Bəs şairin burda nə günahı var?
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(04.05.2026)


