““Ulduz”lu görüşlər”in budəfəki qonağı yazıçı-publisist Təranə Vahid olub Featured

Mayın 1-də Azərbaycan Yazışılar Birliyinin “Natəvan” klubunda  ““Ulduz”lu görüşlər” çərçivəsində “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı-publisist Təranə Vahidlə  görüş keçirilib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalın redaksiyasından məlumat verilib.

 

 “Ulduz” jurnalı ilə Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, yazıçı Seyran Səxavət, universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Cəfərova filologiya fskültəsinin bakalavr tələbələri iştirak ediblər.

Görüşdə Təranə Vahid ədəbiyyata gəlişindən, hekayələrindən danışıb, gənc filoloqların çoxsaylı suallarını cavablandırıb.

Yaddaqalan görüş səmimi ovqat və polemika şəraitində keçib.

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.