“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı keçirilib

 

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 

“Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan, onun ruhunun dolaşdığı məkanda keçirilib.

 

Tədbiri giriş sözü ilə məclisin sədri, AYB və AJB-nin üzvü, tanınmış şair-qəzəlxan Lilpar Cəmşidqızı açıb. O, tanınmış ədəbiyyat adamlarının bir araya gəlməsini poeziyaya olan sevginin bariz nümunəsi kimi dəyərləndirib.

Yığıncaqda ilk dəfə iştirak edən respublikanın Əməkdar artisti, Şuşa Dövlət Dram Teatrının rejissoru, AYB və AJB-nin üzvü şair Nazir Rüstəm Aşıq Ələsgərin yaradıcılığından bəhs edib, Dədə Ələsgərin adını daşıyan məkanda belə bir məclisin keçirilməsinin əhəmiyyətini vurğulayıb və şeirlərindən bir neçəsini səsləndirib.

Daha sonra digər şairlərə söz verilib. AYB-nin üzvü, “Qoşma” Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri, şairə Əzizə Ağahüseynqızı tədbir iştirakçılarına uğurlar arzulayıb, belə məclislərin ədəbiyyatımıza dəyərli töhfələr verəcəyini bildirib və yeni şeirlərini təqdim edib.

Tanınmış tənqidçi, AYB və AJB-nin üzvü şair Xaqani Abbasəli Öztürk ədəbiyyatımızdakı bəzi nöqsanlardan, sözün mədəni inkişafımızda rolundan danışıb və şeirlərini diqqətə çatdırıb. “Namiq Səfai” adına ədəbi məclisin sədri, ustad şair-qəzəlxan Ağamirzə Qail öz qəzəllərini deyib,

İldırım Əlişoğlu, ilk dəfə məclisdə iştirak edən II Qarabağ müharibəsi qazisi, Qafqaz Eyvazov və Tofiq Quliyev “Çeşmə” Ədəbi Məclisinin fəaliyyətinin əhəmiyyətini vurğulayıb və şeirlərini səsləndiriblər.

Sonda “Çeşmə” Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin təşkilinə göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.