İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Qılman İlkinin ulu babası XVII əsrdə Dağıstandan - Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbazı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda.
Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarət imiş. Qılman İlkinin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb...
Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olub. O, ibtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Bu məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyiblər.
Qılman İlkin Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə "Rüşdiyyə" məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə olduğundan hər gün Mərdəkandan piyada Suraxanıya, oradan elektrik qatarına minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar piyada yol getməyi çox sevib.
1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında ikən Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndəriblər.
1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuyub. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlayıb.
1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunub, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışıb. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak edib, müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləyib, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışıb.
Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutub, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlayıb.
İnstitutdaIII-IVkurslaradərsdeyəndə gecə-gündüzoxuyurmuş ki, tələbələrinyanındapərtolmasın. İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, Tələt Əyyubov, Əziz Mirəhmədov, Zeynal Cabbarzadə Qılman İlkinin tələbələri olub.
Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləyib 1974-cü ildən fərdi təqaüdə çıxıb.
Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxıb. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır. 1994–2000-ci illərdə "Sən Bakını tanıyırsanmı?", "Tovuz lələyi" kitabları kütləvi tirajla nəşr olunub.
Onun "Qalada üsyan" romanı əsasında "Azərbaycanfilm"də "Yenilməz batalyon" filmi çəkilmişdir. O, eyni zamanda "Kölgələr sürünür" filminin ssenarisini də yazıb. Yazıçı "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Çətin döngələr", "Baba və nəvə", "Həyat sınaqları", "Qarışqa şıllaq atdı" pyeslərinin, "Şimal küləyi" (1962) povestinin, silsilə hekayələrin müəllifidir.
Bu əsərlərin əksəriyyəti uzun müddət televiziyada nümayiş olunub, "Təzə şagird" pyesi isə tamaşaya qoyulub. Yaradıcılığı boyu 50-dən çox kitabı çap olunan müəllifin bu nəşrlərdə dörd romanı yer alır. Digər kitabları isə, əsasən, povest və hekayələrdən ibarətdir.
Mükafatları
1. "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı
2. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
3. Mirzə Fətəli Axundov adına Azərbaycan SSR Dövlət mükafatı
4. "Qırmızı əmək bayrağı" ordeni
5. 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni
6. "Əməkdə fərqlənməyə görə" medalı
7. "21 Azər" medalı
8. "Humay" milli mükafatı
9. Qafqaz Xalqları Ali Dini Şurasının
10. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı
11. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
12. "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Onun ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq olub. Müşfiq tez-tez onun işlədiyi "Gənc işçi" redaksiyasına gəlirmiş. Qılman İlkin Müşfiq haqqında danışanda hər zaman kövərələrmiş. Müşfiqlə bağlı xatirələrinin birində deyir:
“Müşfiq üç barmağını büküb şeir oxuyurdu. Heç kim Müşfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuyurdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin.
Müşfiq "Gənc işçi" qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız - Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzüaşağı gəlirdi. Müşfiq onun gəldiyini görüb EA-nın önündə onu qarşılayırdı. Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar.
Nöqsanları görən gözü yox idi. Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar. Dərs zamanı küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: "Get, bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki".
Qılman İlkinuzunbir ömüryaşayıb, 6 noyabr 2009-cuildə Bakı şəhərində ürək çatışmazlığındanvəfatedibvə IIFəxrixiyabandadəfnolunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.04.2026)


