Könül Əliyeva,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Verdim əyriyə yox, düzə ömrümü,
Bədxahlar gətirdi gözə ömrümü.
Nə yaxşı, vermişəm sözə ömrümü,
Qəbrimin üstündə söz göyərəcək.
Tanınmış şair Fəxrəddin Teyyubun doğum günüdür.
O, 23 aprel 1950-ci ildə Lənkəranın Şıxakəran kəndində anadan olub. 1968-ci ildə həmin kəndin səkkizillik məktəbinə gedib, 10 illiyi isə qonşu Xolmili kənd orta məktəbində bitirib. 1974-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı (İndiki İqtisad universiteti) İnstitiutuna qiyabi daxil olub, 1980-ci ildə həmin ali məktəbi bitirir.
1969-71-ci illər arasında Gürcüstanda hərbi xidmətdə olub. 1994-99-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını qiyabi olaraq bitirib. Daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb və Polis polkovniki rütbəsinə qədər yüksəlib. 2005–ci ilin aprel ayından təqaüddədir.
Orta məktəb illərindən bədii yaradıcılığıa başlayıb. İlk şeiri 1972–ci ildə Lənkəranın “Leninçi” qəzetində dərc olunub. Fəxrəddin Teyyub dövrü mətbuatda; “Azərbaycan”, “Ulduz”, “Litereturnıy Azerbaydjan” junallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbu orqanlarda, xarici ölkələrin ədəbiyyat dərgiləri və almanaxlarında dərc olunur.
Kitabları
- Həsrətin ünvanı
- Kölgəm mənim yol yoldaşım
- Mən səninlə barışmaram
- Ruhların sevindiyi gün
“Ədəbiyyat və incəsənət”
(23.04.2026)


