İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Azərbaycan Xalq yazıçısı Sabir Əhmədli çoxhalaladamolub. Evinə haram çörəkaparmayıb. Həttabirvaxtlardəbimiş, nəzir-niyazverənlərə deyirlərmiş ki, gedinpulunuzuSabirmüəllimlə dəyişin, halaldı onunpulu. Oğlukönüllü Qarabağ savaşınagedib, ermənilər snayperlə başındanvurub öldürüblər. Özü də həmingünoğlununadgünüymüş. Oğlu şəhidolanvaxt özü cəbhə bölgəsininbaşqabiryerində əsgərlərlə görüşdə idi...
Sabir Əhmədli Azərbaycanda oğlu şəhid olan yeganə Xalq yazıçısıdır. Xalq şairlərindən isə yalnız Xəlil Rzanın oğlu Qarabağ müharibəsində şəhidlik məqamına ucalıb.
Sabir müəllim nə oğlunun yasında, nə də sonralar oğlu üçün adamların yanında ağlamayıb. Ancaq gizlinlərdə, öz otağında ağlayırmış.
Həqiqətən gözəl yazıçı və nümunəvi insan olub mərhum.
1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Cəbrayıl rayon mərkəzində müəllim, Şükürbəyli kəndində orta məktəbin direktoru işləyib. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri, baş redaktor işləyib.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasına sədrlik edib.
Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxıb. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilib.
Kitabları
"Kütlə"
"Axirət sevdası"
"Şəhid ruhu"
Sabir ƏhmədliAzərbaycanədəbiyyatındaən çoxromanyazanyazıçılarındandır. Onun 20-dən artıq romanı çap olunub.
Əsərləri
1. Aran
2. Pillələr
3. Yamacda nişanə
4. Toğana
5. Yasamal gölündə qayıqlar üzürdü
6. Mavi günbəz
7. Gedənlərin qayıtmağı
8. Kütlə" (1999)
9. Görünməz dalğa
10. Dünyanın arşını
11. Yanvar hekayələri
Yazıçının insanlığı barədə bir hadisəni tez-tez nəql edirlər. Məmməd Arazı partiyadan uzaqlaşdırmaq üçün iclas keçirilibmiş. O iclasda yalnız Sabir Əhmədli cəsarət göstərib Məmməd Arazı müdafiə edib və partiyadan uzaqlaşdırmaq qərarına etirazını bildiribmiş.
Onun mərdliyi barədə də sübutlar çxdur. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olduğu vaxt Yazıçılar Birliyində qəzetin müzakirəsi aparılırmış. İclasda səslənən iradlar Sabir Əhmədlini bərk qəzəbləndirir. Əslində bu iradlar Sabir Əhmədlini işdən çıxarmaq üçün bəhanəydi. O, əsəbi halda iclası tərk edir və bunları söyləyir: “Keçmə namərd körpüsündən qoy aparsın sellər səni”. O iclasdan sonra “Ədəbiyyat qəzetin”dən çıxan Sabir Əhmədli bir də redaksiyaya ayaq basmayıbmış.
Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat edib. Bu gün böyük yazıçının vəfatının 17-ci ildönümüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.04.2026)


