“Biri ikisində” Güneydən Qulamhüseyn Saidi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Qulamhüseyn Saidi (1935-1985) tanınmış yazıçı, dramaturq, ssenarist                

 

         Güney Azərbaycandan olub İrana dünya miqyasında şöhrət qazandıran  bir  yazıçı da Qulamhüseyn Saididir.Qulamhüseyn Saidi Gövhər Murad yaratdığı əsərlərlə həm də İranda və Güney Azərbaycanda magik  realizmin əsasını qoymuşdur. Ömrünün sonlarını mühacirətdə – Fransada başa  vurmaq məcburiyyətində qalan Qulamhüseyn Saidinin səssiz pantomim əsərləri yazmağının səbəbi mövcud rejimin soydaşlarının ana dilinə qoyduğu yasağa qarşı etirazla bağlı idi.

Saidinin yazdıqları ilə Q.Markes F.Kafka, S.Bekket və Gi de Mopassanın yazdığı əsərlər arasında bir oxşarlıq vardır. Bu əsərlər fanatizm, cəhalət, qorxu və fəlakət burulğanına düşmüş insanların vəziyyətini təsvir edir. Onun əsərlərində markessayağı yarıəfsanə, yarıcanlı varlıqların insanlarla ünsiyyəti, Mopassanın hekayələrində rastlaşdığımız sarkazm, insanın ən çıxılmaz vəziyyətlərdə tənəzzülü, kafkasayağı “çevrilmələr” – əhli havalıların (şizofren xəstələrin) dünyaya özəl baxışları və s. çoxdur. Onlar yalnız taleyin hökmünə təslim olaraq yaşayırlar. Saidinin yaradıcılığını araşdıran doktor Qulamrza Təbrizi Saidini başqa yazıçılardan fərqləndirən əsas cəhətlərdən biri kimi onun ictimai və insani dəyərlərə haqq verməsini önə çəkmişdir. Bununla yanaşı, yazmışdır ki, onun tənqidi-satirik üsluba söykənən yazıları kütləni hərəkətə gətirmiş, onu ayıltmış, öz haqqı-hüququ uğrunda mübarizəyə səsləmişdir. Qulamhüseyn Saidinin əsərlərinin çoxu fars dilində olsa da, onun yaxın dostu olan dr. Fərnudun qeyd etdiyinə görə, mərhum yazıçı üçün Azərbaycan türkcəsində yazmaq daha rahat olmuşdur.Lakin onun  Azərbaycan dilində kitabları və tədqiqatları olsa da, o dövrdə Azərbaycan dilində yazı və nəşrlə bağlı problemlər olduğu üçün Saidi əsərlərinin çoxunu fars dilində yazmaq məcburiyyətində qalmışdır.

 

“Hər gün məкtəbə gеtməк əzаb və işgəncə оlurdu. Sаnкi uşаğı hər gün sакinləri yəcuc-məcuc dilində dаnışаn аdаyа təhvil vеrirdin. Və bu qəribə sакinlərin dilini bаşа düşməməк töhmətlə yаnаşı, böyüк хiffət və хəcаlətə səbəb оlurdu. Аnа dilində dаnışmаq isə söyüd çubuğu ilə bаlаcа əllərin оrtаsınа döşəməк кimi cəzаlаrlа nəticələnirdi. Şübhəsiz, bеlə işgəncələrdən uzaq qalan fаrs məкtəbliləri istirаhət və tətil günlərindən dаhа çох, dərs və məкtəbdən həzz аlırdılаr. Bеləcə, Аzərbаycаn bаlаlаrınа məкtəb еlm və təhsil оcаğındаn dаhа çох zоr gücünə хаrici dil öyrənməк zоnаsı idi… Еləcə də sаdə cаmааt qəzеtləri, şəhərin divаrlаrındакı еlаnlаrı охuyub bаşа düşməк üçün qаpı-qаpı düşüb tərcüməçi tаpmаlı idi. Хüsusilə кinоtеаtrlаr lаp mərəкə оlurdu. Mübаğiləsiz, Təbrizin кinоtеаtrlаrındа “pеşəкаr tərcüməçi”lərin səsi кinоnun səsindən ucа оlurdu, yаlnız səssiz filmlər gеdəndə hаmı оruc tutmuş кimi оturub mаt-mаt bахırdı…” 

Və bu səssiz filmə baxanların arasında yeniyetmə Qulamhüseyn də olurdu. Və filmdə baş verənləri tərcüməsiz, sözsüz anlamağın ləzzətini həmyerliləri kimi, o da yaşayırdı… Göründüyü kimi, onun pantomim janrına müraciəti təsadüfi olmamışdır.

Onun 7 romanından indiyədək  cəmi üçü “Top”(1969), “Gülən tatar” (1974) və “Şəhərdə əcnəbi” (1990) çap olumuşdur. Saidinin əsərlərində ağır ictimai tənqidlərə yer verildiyinə görə İran hökuməti onun kitablarının çapına mane olmuş və senzura tətbiq etmişdir. Saidi  fikirlərinin senzuradan keçməsinin qarşısını almaq üçün bəzi kitablarını yeni adlarla çap etdirməyə çalışmışdır. “Leylac”, “Toy”, “İntizar”, “Dünyanın ən yaxşı babası”, “Vərzilli çomaqçılar”, “Məşrutə İnqilabından beş pyes”, “Aydınlıq ev”, “Uduzana vay olsun”, “Göz gözə muqabil”, “Yazmağın gələcəyi”, “Biz eşitmirik” Saidinin tanınmış dram əsərlərindəndir. Saidinin 70-ə yaxın çap olunmuş və onlarla hələ nəşr olunmamış əsəri var. Çохşахəli yаrаdıcılığа mаliк olan Saidinin irsinə 17 rоmаn və hекаyələr, 6 mоnоqrаfiyа və məqаlələr tоplusu, 4 tərcümə əsəri, 3 ssеnаri, rеdакtоrluğu ilə nəşr оlunаn 6 nömrə “Əlifbа” dərgisi, tеаtr, ədəbiyyаt, siyаsət və milli məsələ hаqqındа nеçə-nеçə məqalə daxildir.

 

Saidi Təbriz Məşrutə İnqilabında  xalqın ayrı-ayrı  nümayəndələrinin göstərdiyi qəhrəmanlığı, eyni  zamanda  o  dövrdə  baş  verən hadisələri  mövzu olaraq seçmiş    altı  pyes yazmışdır. Bunlardan  yalnız  “Top”  adlı əsərini  Azərbaycan türkcəsində qələmə  almışdır. Qalan  beş    pyes isə fars  dilindədir.

         Ssenari müəllifi olduğu filmlər beynəlxalq aləmə səs salmış, İran  kinosunun qızıl fonduna daxil olmuşdur (Bu  gün İran  filmlərinin Avropada yüksək  ödüllər alması da onun açdığı cığırla, yaratdığı məktəblə birbaşa bağlıdır – P. M.). Onun eyniadlı “Qav” (“İnək”) adlı əsərinə çəkilmiş filmdə Azərbaycan kəndlisinin başına gələn olaydan  Kafkasayağı danışılır. 

Qulamhüseyn Saidi 23 noyabr 1985-ci ildə, 49 yaşında Parisdə dünyasını dəyişib, Per-Laşez qəbiristanlığı yaxınlığında dəfn edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.