“Biri ikisində” - Güney Azərbaycandan Cavad Heyət Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində sizlərə filologiya elmləri doktoru Pərvanə Məmmədlinin Güney Azərbaycan ədəbiyyatı barədə yazıları təqdim edilir.

 

 

Pərvanə Məmmədli

Ca­vad He­yə­t (1925-2014) – türkoloq-alim, publisist

 

İran­da 30 il­dən çox  İran türklə­ri­nin mə­nə­vi var­lı­ğı­nın – Azər­bay­can-türk di­li­nin, ədə­biy­ya­tı­nın, mə­də­niy­yə­ti­nin qo­ru­nub ya­şa­dıl­ma­sı dok­tor Ca­vad He­yə­tin adı ilə bağlı olub.

Onun fəa­liy­yə­ti həm İran­da, həm də Şi­ma­li Azər­bay­can­da ya­şa­yan azər­bay­can­lı­la­rın mil­li şüu­ru­nun for­ma­laş­ma­sın­da mühüm amil­lər­dən bi­ri ki­mi qiy­mət­lən­di­ril­mə­li­dir.

Ca­vad Mir­zə Əli oğ­lu  He­yət Tehran Universitetinin tibb fakültəsinin üçüncü kursunda oxuyarkən atası Mirzə Əli Heyətin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində İrandan Türkiyəyə gedən ilk tələbə qrupu ilə birlikdə Türkiyəyə göndərilmiş və İstanbul tibb fakültəsində oxumuş, sonra Cərrahiyyə Klinikasında ixtisaslaşmışdır. Daha sonra Parisə gedərək təcrübəsini artırmışdır.

İrana döndükdən sonra o, türk dilini, tarixini və ədəbiyyatını araşdırmaqdan və yaymaqdan heç vaxt yan keçmədi. Onun öz ifadəsi ilə desək, həm həkimlik sənətinə, həm də ana dilinə böyük eşqi var idi və bu eşq zamanla daha da dərinləşirdi. O, İranda elmi uğurlarla tanınan bir cərrah olmaqla yanaşı, türk dünyasına qarşı olan sistemli etinasızlığı və tarixi saxtalaşdırmaları da müşahidə etmiş, bu xüsusda xüsusilə Pəhləvi dövrünün tarix yazımını sərt şəkildə tənqid etmişdir. Türklərin çoxəsrlik mədəniyyət və tarixini görmədən onların, yarıvəhşi xalq kimi təqdim olunması alimin ləyaqət hissinə toxunurdu.Ca­vad He­yə­tin təh­si­li onu sırf bir hə­kim ola­raq de­yil, çox­yönlü sa­hə­lər­də zi­ya­lı ki­mi ye­tiş­di­rən mühit­lə izah olu­nur. Pa­ris və İs­tan­bul­da al­dı­ğı tib­bi təh­sil onun pe­şə­kar sə­viy­yə­si­ni yüksəlt­mək­lə ya­na­şı, ona Av­ro­pa və Türki­yə zi­ya­lı­la­rı ilə bir­ba­şa tə­mas qur­ma­ğa da im­kan ya­rat­mış­dı. Ey­ni za­man­da ədə­biy­yat və ta­rix sa­hə­lə­ri­nə ma­ra­ğı onu sa­də­cə cər­rah de­yil, həm də mə­də­niy­yət da­şı­yı­cı­sı və ideo­loq sə­viy­yə­si­nə yüksəlt­miş­di.

Bu da ma­raq­lı­dır ki,  məş­hur fran­sa­lı ge­ne­ral Şarl de Qol­lun xüsu­si hə­ki­mi, pro­fes­sor Liş­vitz, tə­lə­bə­si dok­tor He­yət 27 ya­şın­da ikən İran şa­hı­na yaz­dı­ğı mək­tub­da onu bir “əl­la­mə” ola­raq xa­rak­te­ri­zə edir, böyük nai­liy­yət­lər və kəşf­lə­rə la­yiq ol­du­ğu­nu söylə­yir­di.

Dok­tor Ca­vad He­yət 1963-cü il­dən eti­ba­rən Dünya Cər­rah­lıq Cə­miy­yə­tin­də İra­nı Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru təmsil edirdi.

Ca­vad He­yət yal­nız hə­kim de­yil­di, həm də ürə­yin­də par­ça­lan­mış Və­tən həs­rə­ti gəz­di­rən bir ay­dın  idi.

Heyət yalnız Azərbaycanla deyil, bütün türk dünyası ilə bağlı məsələlərdə də həssas mövqe tuturdu.

Doktor Bakını ilk dəfə ziyarət edəndə ölkəmizə yalnız həkim qiyafəsində deyil, qəlbində böyük bir ədəbi missiyanın yükü ilə gəlmişdi. O, Azərbaycan ədəbiyyatını bütöv görür və bütöv yaşamağı arzulayırdı. Odur ki, bu arzunu reallığa çevirmək üçün gecə-gündüz işlədi, yazdı. Quzeyli-güneyli Azərbaycan şair və yazıçılarını böyük coşqu və ruh yüksəkliyi ilə bir araya gətirdi, onların həyat və yaradıcılıqlarını qələmə alıb təhlil etdi, əsərlərindən nümunələr təqdim etdi.

Orta çağ alimlərinə xas olan  ensiklopediklik, universallıq kimi keyfiyyətlər Cavad  Heyətin  şəxsiyyətinə  tamlıq gətirən cizgilər idi. O, tanınmış türkoloq olmaqla  yanaşı,  həm də bir tarixçi, folklorçu, dilçi, filosof və  ilahiyyatçı idi.

C.Heyətin İrandakı bir çox türk aydınlarının: Ə.Oxtayın, M. Şəhriyarın, R. Bərahəninin, Q. Saidinin və başqalarının boynunda haqqı az olmamışdır. Yeri gələndə onlara təbib kimi yardım etmiş, sağaltmış, bəzən də onları türkcə yazıb-  yaratmağa həvəsləndirmişdir.

         Ca­vad He­yət 1978-1979-cu il İran İs­lam İn­qi­la­bı­nın  ver­di­yi fürsət­dən ya­rar­la­na­raq bir qrup de­mok­ra­tik ruh­lu zi­ya­lı ilə Teh­ran­da “Var­lıq” jur­na­lı­nı tə­sis  edib nəş­ri­nə baş­la­dı. Bu top­lu va­si­tə­si­lə o, 60 ilə ya­xın bir müddət­də mən­sub ol­du­ğu xal­qı­nın əlin­dən alın­mış mə­də­niy­yə­ti­ni, di­li­ni özünə qay­tar­ma­ğa ça­lış­­dı. 

Ca­vad He­yət dünya şöhrət­li cər­rah ki­mi böyük nüfuz qa­zan­mış güclü şəx­siy­yət, hər­tə­rəf­li sa­va­dı, ge­niş eru­di­si­ya­sı olan zi­ya­lı-və­tən­daş ki­mi öz im­kan­la­rı­nı “Var­lıq” da ifa­də  edə bil­di. “Varlıq” dərgisi və onun ətrafında toplanan ziyalıların fəaliyyəti Güney Azərbaycanda türk dilinin, ədəbiyyatının və kimliyinin qorunması və inkişafı naminə görülmüş ən sistemli işlərdən biridir. Cavad Heyətin bu prosesdəki rolu isə yalnız redaktor və təşkilatçı kimi deyil, həm də bir elm adamı, strateq və mədəniyyət müdafiəçisi kimi qiymətləndirilməlidir. Bu dərgi İran türkünün “varlıq” məsələsini təkcə adla deyil, həm də konkret elmi və mədəni fəaliyyətlərlə yaşadan bir tribunaya çevrilmişdi.

Cavad Heyətin yaradıcılığında aparıcı mövzu kimi, əsasən, şahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma böyük ehtiyacı olan Cənubi Azərbaycan mədəni həyatının bütün sahələr üzrə inkişafı üçün çalışmaq öndə gəlirdi.

Dr. Cavad Heyət cərrahlıqla bağlı üç cildlik dərslik kitabı yazmışdır. İkisi fars və beşi də türk dilində olan yeddi cildlik türkologiya kitabının müəllifidir. Türkologiya sahəsində 300, tibb sahəsində isə 100 məqaləsi vardır.

En­sik­lo­pe­dik bi­li­yə ma­lik olan Ca­vad He­yət Azər­bay­can di­li, ədə­biy­ya­tı, ta­ri­xi və mə­də­niy­yə­ti­nin öyrə­nil­mə­si­nə böyük əmək sərf et­miş­dir. Bu sa­hə­də əl­də et­di­yi nə­ti­cə­lə­ri bir ne­çə mo­noq­ra­fi­ya­sın­da qə­lə­mə al­mış­dır.

“Azərbaycan ədəbiyyatına bir baxış” (1980, 1990)   adlı əsərində C.Heyət XIII əsrdən müasir dövrədək Azərbaycan ədəbiyyatı yazarlarının həyat və yaradıcılığından bəhs edir. Müəllif bu kitabı, əsasən, Azərbaycan ədəbiyyatını cənublulara yığcam şəkildə təqdim etmək məqsədi ilə yazmışdır. Onun iki cildlik “Azərbaycan ədəbiyyat tarixinə bir baxış” əsəri yalnız ədəbi mətnləri ardıcıllıqla təqdim etməklə kifayətlənmir, həm də Azərbaycan ədəbiyyatının tarixi inkişafını, onun formalaşması mərhələlərini elmi əsaslarla izah edir. Əsər poetik nümunələrlə zənginləşdirilmiş, Azərbaycan ədəbiyyatının əsas simalarının yaradıcılığı təhlil olunmuş və bu prosesdə sosial mühit, ədəbi çevrə, siyasi faktorlar da nəzərə alınmışdır. Beləliklə, Heyət yalnız fərdi şairlərin poetikasını deyil, onların ədəbi şəxsiyyətlərini dövrün ictimai kontekstində də təqdim etmişdir.

Dok­tor Ca­vad He­yət həm də is­te­dad­lı türko­loq olub, İran­da  Hə­mid Nit­qi ilə bir­lik­də türko­lo­gi­ya­nın ba­ni­si sa­yı­lır. C.Heyət "Türk dilinin tarixi və ləhcələri"(1987) əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elmi və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdı. Əsər Azərbaycan dilinin tarixi haqqında fars ziyalılarına və digər təbəqələrə, həmçinin farsca təhsil görmüş və ana dilini mükəmməl bilməyən azərbaycanlılara ətraflı və elmi məlumat vermək məqsədi daşıyırdı. Bu kitabla İranda türkologiyanın təməli qoyulmuşdur.

Cavad Heyət müqayisəli dilçilik sahəsində tarixi ənənələrə söykənən “İki dilin müqayisəsi” (1989) adlı əsərini “Mühakimətül-lüğəteyn” əsərinin davamı kimi yazmışdır. Əsər  doktorun dilçiliklə bağlı ikinci kitabıdır. Əsər türkcənin fonetik və morfoloji xüsusiyyətlərini fars dili ilə müqayisə etməklə yanaşı, eyni zamanda türkcənin söz ehtiyatının zənginliyini də ortaya qoyur. Əsərin sonunda yalnız türkcədə işlənən və fars dilində qarşılığı olmayan sözlərin siyahısı verilmişdir, bu da dilin müstəqilliyini və ifadə imkanlarını göstərmək məqsədi daşıyır.

Onun “Azərbaycan şifahi xalq ədəbiyyatı” (1988, 1990) əsərində qədim türk mifologiyasından, dastanlardan, əfsanə və mərasimlərdən tutmuş, bayatı və manilərə qədər geniş folklor materialı tədqiq olunmuşdur. Heyət, “Əfrasiyab”, “Şu”, “Hun-Oğuz”, “Manas”, “Kutadğu-Bilik”, “Divanü Lüğat-it-türk” kimi mənbələrə istinad edərək türklərin dastan dünyasını müqayisəli şəkildə analiz etmiş, ümumtürk mifoloji motivlərinin sistemli şəkildə araşdırılmasına zəmin yaratmışdır.

Eyni zamanda onun “Ədəbiyyatşünaslıq” (1996)  adlı əsəri də ciddi elmi yanaşmaları ilə seçilir. Bu kitabda ədəbiyyatın struktur və forma məsələləri, ədəbi cərəyanlar, janrlar və tənqid meyarları, strukturçuluq və formalizm kimi nəzəri yanaşmalar araşdırılır. Heyət burada həm özünün tədqiqat metodunu nümayiş etdirir, həm də müasir ədəbiyyatşünaslıqla klassik türk ədəbiyyatının qovuşma nöqtələrini müəyyənləşdirir.

Heyətin “Türklərin tarix və mədəniyyətinə bir baxış” (1987, 1993) əsəri türklərin İslamdan əvvəlki və sonrakı mədəni irsini araşdıran geniş miqyaslı bir tədqiqatdır. O, əsərdə türklərin siyasi və ədəbi müstəvidə qarşılaşdığı çətinlikləri göstərmiş, xüsusən də İran rejimi tərəfindən tətbiq edilən dil və mədəniyyət qadağalarının yaratdığı boşluqları doldurmaq məqsədilə zəngin qaynaqlara əsaslanaraq məlumatları ümumiləşdirmişdir. Əsər türklərin mədəni özünüdərkinin və kimlik axtarışının izlərini daşıyan ciddi nümunədir.

Nəhayət, Cavad Heyət “Göytürklərdən uygurlara qədər” olan tarixi dövrü əhatə edən mədəniyyət və dil araşdırmalarında da göstərmişdir ki, o, hər bir dövrü və bölgəni ayrı-ayrılıqda qiymətləndirərək türklərin tarixini XVI əsrə qədər gətirib çıxarmağa nail olmuşdur. Əsərdə yalnız tarix yox, həm də siyasi və sosial durum, sənət və ədəbiyyat da bütöv şəkildə təqdim edilmişdir. Bu yanaşma onu göstərir ki, Cavad Heyət türkologiyanı yalnız filoloji məsələ kimi deyil,  həm də ümummədəni və tarixi bir konsepsiya kimi dərk edirdi.

         Dr. Cavad Heyətin tədqiqatları sırasında “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı, “Ədəbiyyatşünaslıq”, “Türk dili və ləhcələrinin tarixinə bir baxış”, “Müqayisətül-Lüğəteyn”, “Türklərin tarix və mədəniyyətinə bir baxış” və bu kimi elmi əsərləri də Azərbaycan ədəbiyyatına  və türkologiyaya bəxş etdiyi töhfə hesab olunur. Bu əsərlərin əksəriyyəti həm İran və Azərbaycanda, həm də Türkiyədə dəfələrlə nəşr olunmuş və tədqiqatçılar tərəfindən etibarlı mənbə olaraq istifadə edilmişdir.

Professor Cavad Heyətin ədəbiyyat tarixçiliyi sahəsində apardığı tədqiqatlar Azərbaycan yazılı ədəbiyyatının sistemli tədqiqi baxımından əhəmiyyətlidir.

Zaman-zaman görkəmli ədəbiyyatşünaslar, türkoloq alimlər, mədəniyyət xadimləri Cavad Heyətin yaradıcılıq yolu, əsərləri, şəxsiyyəti haqqında öz qənaətlərini bildirmiş, bəzən də əzəmətli portretinin sözlə aydın cizgilərini çəkmişlər. P. Məmmədli onun  həyat və yaradıcılığını tədqiqata cəlb edib ayrıca monoqrafiya  nəşr etdirmişdir.

Cavad Heyət türkologiya, folklorşünaslıq, ədəbiyyatşünaslıq və tibb sahəsində paralel və səbatlı fəaliyyəti ilə çağdaş Azərbaycan və türk dünyasının görkəmli simalarından biri kimi tanınır. Onun irsi yalnız klassik dövrün ədəbi, tarixi şəxsiyyətlərinin araşdırılması və dəyərləndirilməsi ilə tamamlanmır, bu türk sevdalısının həyatı daim dilimiz, ədəbiyyatımız, milli kimliyimiz uğrunda mübarizədə keçib.

Cavad Heyət 2014-cü il avqustun 12-də Bakı şəhərində dünyasını dəyişib,avqustun 15-də İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.