“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Portalımızın Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində təqdim etdiyimiz şair Xoyda yaşayan Məryəm Qurbanzadədir.
Məryəm Qurbanzadə
Xoy
V
Biz də sevdalandıq
Biz də şeir yazdıq
Biz də üsyan yandırdıq boğazlarımızda
Amma
“Sevdada erkək olmalısan” – dedilər.
“Şeirdə kişi olmalıdan” – dedilər.
“Səsin boğazında sınmalıdır” – dedilər
Və
Ayaqlarımızın altındakı cənnətə yol tapmaq üçün
Qorxuluq qoydular
Göyərməmiş tarlaların ortasında bizi.
“Ədəbiyyat və incəsənət”
(25.03.2026)


