Güneydən Məryəm Qurbanzadənin “Yazdım və sarıldım...” şeiri Featured

Əli Çağla,

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

 “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində növbəti təqdim etdiyimiz şair Təbrizdə yaşayan Məryəm Gözəlidir.

 

Məryəm Qurbanzadə

Xoy

 

II 

Yazdım

Sarıldım

Qoxusunda torpaq göyərmiş

Yağısın göz bəbəklərinə

Və tanrı

Əlləri ciblərində tikilmiş buludlara

Göy qurşağı ilə

Sehirbazlıq edir.

Özlərim səni

Ölümü özlərcəsinə.

Sevdim səni

Üsyanı sevərcəsinə.

Gözləmək göz bəbəklərimdə tumurcuqlanıb

Savrulmadan öncə

Sənə qayıdacağam.

Bir qırpım göz ver mənə

İşığım

Saçlarının qaranlığında

Gizlən-qaç oynasın.

 

“Ədəbiyyat və incəsənət”

 (17.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.